MEDİA Azərbaycan Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaya münasibət bildirdi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama yayıb.
Bu barədə Bakıvaxtı.az-a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur:
"Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv” resursundan qaynaqlandığı aşkar edilmişdir.
Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq.
Eyni zamanda, hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















