Icma.az
close
up
RU
Media dövlətin söz dayağıdır

Media dövlətin söz dayağıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Müsahibimiz Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, tanınmış telejurnalist Ayaz Mirzəyevdir.

– Bu il milli mətbuatımızın 150 illiyini qeyd edirik. Mətbuatımız öz yubiley ilində çəkisini, dəyərini, vacibliyini nə dərəcədə qoruyub saxlayıb?

– İlk növbədə sevinirəm ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının əsgərləriyik. Haradan baxsaq, 20-25 ildir ki, jurnalistika ilə məşğuluq. İndi soruşurlar ki, Həsən bəy Zərdabinin “Əkinçi”si ilə bağlı insanlara aşıladığı ideyalar hazırda nə dərəcədə qorunur. Həsən bəyin “Əkinçi”ni yaratmaqda bir əsas məqsədi cəmiyyəti maarifləndirmək idi. İndi cəmiyyəti maarifləndirməyin müxtəlif yolları var. O zaman qəzet idisə, indi saytlar, TV-lər, radiolar, sosial şəbəkələr hətta fərdi olaraq blogerlər belə öz yazıları ilə izləyicilərinə nələrisə çatdıra bilirlər. Bu nə deməkdir? O deməkdir ki, Həsən bəy Zərdabinin ideyaları, onun məqsədləri yaşayır. Onu siz yaşadırsınız, mən yaşadıram, bizim həmkarlarımız yaşadırlar. Hərəmiz bir formada yaşadırıq. Xalqı maarifləndirməyin özü bunu yaşatmaqdır.

– Zərdabinin əsas hədəfi əsasən maarifçilik idi. Bu gün isə cəmiyyətin əsas şikayəti əyləncə xəbərlərinə daha çox yer ayırılmasıdır...

– Bir az sadə formada izah etməyə çalışacağam. Bazara gedirsən, narın öz alıcısı, kartofun, soğanın öz alıcısı... Dediyim odur ki, teleməkanda xəbərin öz alıcısı var. Amma bu bizə bir həyəcan təbili çala bilər ki, baxın, nisbət 51/49 deyil, 75/25-dir. Biz həmişə deyirik axı, mətbuat cəmiyyətin güzgüsüdür. Bu gün hamı istəyir ki, cəmiyyətimiz intelektli, təhsilli insanlarla zəngin, öz xalqını, gənclərini düşünən bir formada olsun. Bütün dünyanı maraqlandıran mövzular bizi də maraqlandırsın. Biz vakumun içərisində deyilik ki, orada bizim qonşularımız olmasın, yalnız özümüz üçün yaşayaq. Biz də bəşəriyyətin bir parçasıyıq və bəşəri maraqlandıran xəbərlərlə biz də maraqlanmalıyıq. Media bəşəriyyəti düşündürən məsələlərlə bağlı cəmiyyət arasında bir vasitə, bir platforma olmalıdır. Media nümayəndəsi onu araşdırmalı, öz düşüncə süzgəcindən keçirməli və maraqlı formada öz cəmiyyətinə təqdim etməlidir. Bu baxımdan, media nümayəndəsinin missiyası böyükdür. Bayaq qeyd etdiyiniz balansı media nümayəndəsi qorumalıdır. Amma bu xəbər artıq var, o biri xəbər olmasın, məsələn, əyləncəyə yer ayrılmasın və s. kimi fikirlərə gəldikdə isə doğrusu əyləncə həmişə olub, olacaq da. Çünki cəmiyyətdə ona tələbat var. Biz başqa növ ciddi xəbərlərə necə maraqlıyıqsa, əyləncəyə də marağı olan insanlar var. Amma bu doğrudur ki, balansı qorumalıyıq. Bir fərdi məsuliyyət məsələsi var, bir də inzibati resurslarla məsuliyyət tələb etmək var. Şükürlər olsun ki, demokratik ölkədəyik, inzibati-senzura resursları yoxdur. Biz kiməsə deyə bilmərik ki, əyləncəli xəbəri yayımlama. Amma media vasitəsinin sahibi olan kəs əgər öz millətinin, xalqının gələcəyini düşünürsə bu balansı qorumalıdır. Bəli, bəlkə də o müəyyən vəsait də itirə bilər. Amma yenə də burada fərdi məsuliyyət ön plana çıxır.

– Ayaz bəy, rəqəmsal media bu gün sürətlə həyatımıza daxil olur. Əvəzində klassik mətbuat tənəzzül edirmiş kimi görünür. Necə etmək olar ki, klassik mətbuat öz varlığını qoruyub saxlaya bilsin.

– Bir dəfə həmkarlarımızdan biri çox maraqlı bir ifadə işlətmişdi. Çay öz məcrasını dəyişibsə, amma oradan su axırsa deməli o davam edir. Klassik mətbuatla, rəqəmsallaşmanı da biz çox fərqləndirə bilərik. Amma mən həmişə ikisinin də dostlaşmasının tərəfdarı olmuşam. Başqa çıxış yolu da yoxdur. Deyirlər ki, kağız saralır. Söz ki saralmır. Klassik mətbuatın əlində olan onun sözüdür, güclü təhlil aparmasıdır. Bəli, artıq qəzet səhifələrindən müraciət eləmir öz auditoriyasına. Amma o başa düşməlidir ki, bu gün onun izləyicisi var. Amma izləyicisi başqa platformadan da onu izləyə bilər. Sosial şəbəkədən səhifələrindən, saytlardan, TV-dən. Biz bunu dünyanın ən aparıcı qəzetlərindən də görə bilərik. Onlar başa düşdülər ki, axına qarşı dayana bilməzlər, axına ancaq qoşula bilərlər. Bəs necə dostlaşdılar? Özlərinin saytlarını yaratdılar, sosial şəbəkə səhifələrini yaratdılar. Yenə də izləyicilər müəlliflərin məqalələrini həmin platformalardan oxuyurlar. Yəni dəyişən sadəcə vasitələr, platformalar oldu. Mətbuat ilk növbədə müasir, çevik və etibarlı olmalıdır. Çeviklik dəyişən zərurətlərə adaptasiya etməli, müasir olmalıdır. Necə ki, biz hazırda “Xalq qəzeti”nin redaksiyasındayıq. Halbuki TV-də əyləşmişik. Və etibarlılıq şərtdir. Sən müasir də, çevik də ola bilərsən. Amma yaydığın xəbərlər dəqiq olmasa, sən bu bazarda nüfuzlu ola bilməzsən.

– Media savadlılığına sizin baxışınız maraqlıdır...

– Mən dəfələrlə media savadlılığı ilə əlaqədar həm Audovizual Şuranın, eyni zamanda Media Agentliyinin tədbirlərində iştirak etmişəm. Mənə elə gəlir ki, media savadlılığı artıq seçim deyil, zərurətdir. Yəni burada söhbət jurnalistin özünün də media savadlılığından, həm də oxucudan gedir. Jurnalist dəyişən dövrdə müasir çağırışları izləməlidir. Çağırış odur ki, əvvəlki kimi artıq jurnalist xəbəri tapmır. Xəbər onu hər yerdə təqib edir. Vaxt var idi ki, biz xəbər axtarırdıq. Gedirdik soruşurduq, zəng edirdik, axtarırdıq, xəbərdən xəbər çıxarırdıq. İndi isə xəbər özü bizi tapır. Bildirişlər gəlir telefonumuza. Sosial şəbəkədə demək olar ki, hər kəs passiv və ya aktiv formada çəkilişlər edib paylaşır, yazır. Yəni biz başa düşməliyik ki, hazırda xəbər bolluğunun içindəyik. Amma bu bolluğu da çeşitləmək lazımdır. Biz ayırd etməliyik. Bunların böyük bir əksəriyyəti əsassız xəbərlərdir. Və bunu həyata keçirmək üçün bizdə media savadlılığı olmalıdır. Biz yalan xəbərlə doğrunu fərqləndirməyi bacarmalıyıq. Bunun üçün təkcə jurnalistika təhsilimiz kifayət eləmir, fərqli-fərqli mütaliələr mərhələsi keçməliyik. Təkcə bizim sadə, ibtidai təhsilimiz buna kifayət eləmir. Jurnalist hər gün mütaliə etməlidir, özü-öz üzərində işləməli, xarici mənbələri oxumalıdır və s.

Burada bir başqa məqam da var. Məsələn bizim üçün bunu ayırd etmək çox rahatdır. Çünki bizim təcrübəmiz var. Amma izləyicilərin hamısı bunu ayırd edə bilmir. Mən Finlandiyada bu mövzuda təlimdə oldum və maraqlı təcrübəyə şahidlik etdim. Orada orta sinifdən uşaqlara media savadlılığından dərslər keçilir. Təsəvvür edirsinizmi ? Ona görə də Finlandiya feyk xəbərlərin olmadığı və ya ən az yayıldığı olan ölkələr siyahısındadır. Səbəb sadədir, insanlar maarifləndirilir.

Çin filosofu Konfutsinin bir sözü var. Əgər sən bir dəhlizlə gedirsənsə və bir otağa daxil olmusansa, daxil olduğun otaqdakılardan ən savadlısı sənsənsə deməli, sən yanlış otağa daxil olmusan. Bu çox dərin bir fikirdir. Yəni sən həmişə özündən daha savadlı, daha məlumatlı olan insanların olduğu otağa daxil olmalısan. Burada mənəm-mənəmlik çox böyük maneədir. Gərək bu məsələdə olduqca təvazökar olasan ki, inkişaf edə biləsən.

– Yeniləşən və dəyişən meyarlar fonunda jurnalistikamız 4-cü hakimiyyət statusuna adekvatdırmı ?

– Vaxt var idi, məşhur bir qəzet müxbirinə ona medianın gücü ilə bağlı bir sual vermişdilər. O demişdi ki, ötən əsrin 60-cı illərində istənilən qəzetlə dünyaya açılan pəncərəni bağlamaq olardı. Yəni dediyi o idi ki, sən dünyaya baxmaq istəyirsən, amma qarşında olan bir qəzetdə nə yazılıbsa bax o həqiqətdir. Artıq elə deyil. Dövr dəyişib, mətbuat vasitələri çoxdur. Sanballı media nümunələrimiz də var. Media həm də rəy formalaşdırır. Bu, gücdür. Media sahəsində olan adam fəhlə ilə fəhlə, alimlə alim olmalıdır. Əsl media nümayəndəsi psixoloq, filosofla qismən də olsa danışa bilməlidir, siyasəti, iqtisadiyyatı bilməlidir. Biz müsahibəyə gedəndə qarşı tərəfə suallarımızı bu biliklərimizə güvənərək veririk, bundan müsbət mənada istifadə edirik.

Əslində, jurnalist peşəsi çox universal peşədir. Bu işə yaxşı yiyələnən insan gələcəkdə parlamentdə də seçilər bilir, dövlət qurumunda rəhbər vəzifədə də işləyə bilir. Çünki onun çoxşaxəli informasiyası vardır. Medianın güc olub-olmamasına gəldikdə isə, əlbəttə gücdür. İnsanlar başa düşür ki, jurnalistika cəmiyyətin gələcəyinin güzgüsüdür. Media olmasa həmin cəmiyyət necə inkişaf edə bilər. Həmin cəmiyyət mediasız deqradasiya olunar. Əgər bir dövlətin mediası güclüdürsə, elə o dövlətin özü də güclüdür.

Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see330

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see320

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see211

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see191

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see188

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see181

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see180

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see175

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see175

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see175

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see174

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see171

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see169

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see168

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see168

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see164

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see159

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see158

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see156

Rusiya Ukraynaya nüvə zərbəsi endirəcək! Petrov

23 May 2026 08:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri