Icma.az
close
up
RU
Ədalət tərəzisi dövlətin dayağıdır

Ədalət tərəzisi dövlətin dayağıdır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

İnsan hüquq və azadlıqlarının təmin olunması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir və cəmiyyətin demokratik inkişaf səviyyəsinin əsas göstəricisi hesab olunur. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə hüquqi müstəviyə keçirilib. Konstitusiyada əsas insan hüquq və azadlıqları, onların müdafiə mexanizmləri və dövlətin bu sahədə öhdəlikləri açıq şəkildə təsbit olunub.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olduqdan sonra insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin icrası yeni mərhələyə daxil olub. Eyni ildə ölkə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib və bununla da vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququ təmin olunub. Bu addımlar insan hüquqlarının müdafiə sisteminin beynəlxalq mexanizmlərlə inteqrasiyasını gücləndirib.

2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu yaradılıb və bu institut vətəndaş müraciətlərinin araşdırılması, hüquq pozuntularının monitorinqi və maarifləndirmə istiqamətində fəaliyyət göstərir. Son illərdə rəqəmsal müraciət sistemlərinin tətbiqi, dövlət xidmətlərinin elektronlaşdırılması və “ASAN xidmət” modelinin genişlənməsi vətəndaş-dövlət münasibətlərində şəffaflığın artırılmasına töhfə verib.

Bununla yanaşı, insan hüquqlarının real müdafiə səviyyəsi yalnız normativ baza ilə deyil, hüquqi mədəniyyətin formalaşması ilə də sıx bağlıdır. Hüquqi savadlılığın artırılması, vətəndaşların öz hüquqlarını bilməsi və müdafiə mexanizmlərindən istifadə bacarığı sosial fəallığın əsas şərtlərindən biridir. Son illərdə hüquqi maarifləndirmə tədbirləri, vətəndaş cəmiyyəti təşəbbüsləri və ali təhsil müəssisələrində hüquq yönümlü proqramların genişlənməsi bu istiqamətdə müəyyən dinamika yaradıb.

Siyasi mədəniyyət və sosial fəallıq isə cəmiyyətin ictimai proseslərdə iştirak səviyyəsi ilə ölçülür. Seçkilərdə iştirak, ictimai müzakirələrə qoşulma, vətəndaş təşəbbüslərinin irəli sürülməsi və sosial şəbəkələr üzərindən ictimai rəyin formalaşdırılması son illərdə daha görünən xarakter alıb. Rəqəmsal platformaların genişlənməsi və informasiya əlçatanlığının artması vətəndaş iştirakçılığının yeni formalarını meydana çıxarıb.

Hazırkı mərhələdə əsas çağırış hüquqi təminatla praktik tətbiq arasında uyğunluğun gücləndirilməsi, hüquqi və siyasi mədəniyyətin dərinləşdirilməsi, vətəndaşların dövlət institutlarına etimadının artırılması və ictimai iştirak mexanizmlərinin daha da genişləndirilməsidir. İnsan hüquqlarının müdafiəsi ilə sosial-siyasi fəallığın yüksəlməsi bir-biri ilə qarşılıqlı əlaqədə olan proseslərdir və bu istiqamətdə atılacaq sistemli addımlar cəmiyyətin davamlı inkişafına birbaşa təsir göstərir.

Ceyhun Məmmədov: Bu sahədə hüquqi çərçivə kifayət qədər geniş və əhatəlidir

Mövzuyla bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün hüquqi bazanın mövcud vəziyyətini xüsusilə vurğulamaq lazımdır. Bu sahədə hüquqi çərçivə kifayət qədər geniş və əhatəlidir. Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də digər normativ-hüquqi aktlarda insan hüquq və azadlıqları geniş şəkildə təsbit olunub və onların təminatı üçün zəruri mexanizmlər müəyyən edilib:"Qeyd etmək lazımdır ki, hüquqi baza yalnız formal mövcudluqla məhdudlaşmır, eyni zamanda davamlı şəkildə təkmilləşdirilir. Qanunvericilik mütəmadi olaraq yenilənir, yeni qanunlar və sənədlər qəbul olunur, müvafiq müzakirələr aparılır. Bu proses hüquqi sistemin daha da inkişaf etdirilməsinə xidmət edir".

Deputatın sözlərinə görə, bəzi hallarda müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı müəyyən ittihamlar səsləndirilsə də, hüquqi baza baxımından ölkədə ciddi bir problemin olmadığı qeyd olunur. Dövlət bu məsələyə həssas yanaşır və insan hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl addımlar atır:

"Ümumilikdə, hüquqi bazanın möhkəmləndirilməsi və daim təkmilləşdirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri göstərir və dövlətin prosesə verdiyi əhəmiyyətin bariz nümunəsi kimi qiymətləndirilir".

Hikmət Babaoğlu: Hər bir vətəndaş hüquq və vəzifələrini bilməlidir

Deputat Hikmət Babaoğlu isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda ictimai münasibətlərdə hüquqi tənzimlənməsi zəruri olan bütün sahələr qanunvericiliklə əhatə olunur. Bu baxımdan, vaxtaşırı yeni qanunlar qəbul edilir, qərarlar verilir və bütün bunlar ictimai münasibətlərin hüquqi aspektlərinin daha aydın və sistemli şəkildə tənzimlənməsinə xidmət edir:

"Hüquqyaradıcılığı daimi prosesdir. Cəmiyyət dinamik inkişaf etdiyi kimi, qanunvericilik fəaliyyəti də dinamik olmalıdır. Demək olar ki, hər gün yeni sahələrdə ictimai münasibətlərin tənzimlənməsi zərurəti yaranır. Bu mənada cəmiyyətin inkişafı ilə hüquqyaratma prosesi Azərbaycanda paralel şəkildə davam edir".

Müsahibimiz qeyd edir ki, hüquqi maarifləndirmə sahəsində və vətəndaşların öz hüquqlarını mənimsəməsində müəyyən çətinliklər mövcuddur. Bu, bir tərəfdən cəmiyyətin fəallığı ilə bağlıdır. Hər bir vətəndaş öz hüquqlarını bilməli, eyni zamanda vəzifə və məsuliyyətlərini də dərk etməlidir. Fəal vətəndaş mövqeyi formalaşmadan hüquqi şüurun yüksəlməsi mümkün deyil:

"Bu proses uzunmüddətli xarakter daşıyır və müəyyən mənada mentalitet və milli xüsusiyyətlərlə də bağlıdır. Ona görə də hüquqi maarifləndirmənin gücləndirilməsi üçün əlavə ictimai mexanizmlərin yaradılmasına ehtiyac var. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsi və sayının artması da bu istiqamətdə müsbət rol oynaya bilər.

Ümumilikdə, Azərbaycan hüquqi dövlətdir və hüququn aliliyinin təmin olunması istiqamətində öhdəliklərini yerinə yetirir".

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri