Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 12 iyun, AZƏRTAC
Gələn həftənin əvvəlində ABŞ və İran arasında niyyət məktubu və ya anlaşma memorandumu imzalanacaq və bu, davamlı ABŞ-İran razılaşması ilə bağlı gələcək danışıqlara yol açacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “CBS News” iki mənbəyə istinadla yazıb.
Memorandumun imzalanması ilə ABŞ-İran razılaşmasının təfərrüatlarını müzakirə etmək üçün 60 günlük danışıqlar başlayacaq. Mənbəyə görə, bu müddət lazım olduqda uzadıla bilər.
İlk addımlar minaların təmizlənməsi və Hörmüz boğazının açılması ilə ticarət azadlığının təmin edilməsini əhatə edir. İran uranı zənginləşdirməyəcək və 15-20 il ərzində nüvə obyektlərini sökəcək. Bu addımların qarşılığında İran zamanla mərhələli şəkildə maliyyə yardımı alacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:221
Bu xəbər 12 İyun 2026 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















