KİV: NATO Estoniyada qırıcılarla bağlı insidenti gələn həftənin əvvəlində müzakirə edəcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
NATO ölkələri gələn həftənin əvvəlində Rusiya qırıcılarının Estoniyanın hava sərhədini pozması ilə bağlı insidenti müzakirə edəcəklər.
APA xəbər verir ki, bu barədə “DPA” agentliyi alyans nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, məsləhətləşmələr Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən aparılacaq, lakin dəqiq tarix açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Estoniyanın baş naziri Kristen Mixal bəyan etmişdi ki, ölkə hakimiyyəti NATO-nun 4-cü maddəsinə uyğun olaraq alyans üzvləri ilə məsləhətləşmələr aparılması üçün müraciət edib.
Estoniya hakimiyyətinin iddiasına görə, 19 sentyabr səhəri üç MiQ-31 rus qırıcısı ölkənin hava məkanına daxil olub.
Baxış sayı:75
Bu xəbər 20 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















