Media: İran yaxın dəqiqələrdə ABŞ nin hərbi bazalarına hücum edəcək
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket və pilotsuz uçuş bölmələri yaxın dəqiqələrdə ABŞ-nin Yaxın Şərqdəki bazalarına genişmiqyaslı hücum edəcək.
"Report"un məlumatına görə, bu barədə "NourNews" hərbi mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin hücumu Buşehr Atom Elektrik Stansiyasına zərər verməyib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə İslam Respublikasındakı hədəflərə əlavə zərbələr endirildiyini bildirib. Partlayışlar İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Buşehrin bəzi yerlərində qeydə alınıb.
"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, İranın cənubundakı Bəndər Abbas və Sirik şəhərlərində partlayış səsləri eşidilib.
Bu arada, "Mehr" xəbər agentliyi Bəndər Abbas ərazisində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İrana qarşı əlavə zərbələr endiriləcəyini istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 İyul 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















