Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı iyulun 19-20-də Şamaxıda təşkil olunacaq Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Mətbuat Şurasında təşkil olunan tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu turnirin təşkilatçılarına təşəkkür edib. Bunun Milli Mətbuat Gününə rəng qatacağını bildirib. O, gələcəkdə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.
Təşkilatçılardan "Yurd Media"nın rəhbəri Murad Əliyev də çıxışında bu turnirin bölgələrə daşınmasının və davamlı olmasının vacibliyini vurğulayıb.
Yarışda 4 - "Ziya", "Kəşkül", "Kaspi" və "Əkinçi" komandaları mübarizə aparacaq.
İlk turda qarşılaşacaq cütlüklər belədir:
"Ziya" - "Kaspi"
"Kəşkül" - "Əkinçi"
Qeyd edək ki, yarış "Yurd Media", İdman Araşdırmalar Mərkəzi, AFFA və Şamaxı Olimpiya Kompleksinin təşkilatçılığı ilə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















