Avropa kuboku turnirinin açılış mərasimi keçirilib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bakıda bədii gimnastika üzrə Avropa kuboku turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin paradı ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, onlara məsul yarışda uğurlar arzulayıb. O, bu həftə ölkəmizin Avropa kuboku ilə yanaşı, daha iki beynəlxalq yarışa - "Prezident Kuboku-2025" beynəlxalq reqatasına və cüdo birinciliyinə ev sahibliyi etdiyini bildirib. Nazir ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərildiyini qeyd edərək, bu qayğı nəticəsində gimnastikanın inkişafında diqqətiçəkən irəliləyş olduğunu vurğulayıb.
Rəsmi çıxışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, Avropa kubokunda 25 ölkənin 175 gimnastı mübarizəyə qoşulub. Yarış 4 gün davam edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 May 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















