Media professorunun ekran bioqrafiyası
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Allahverdi Məmmədli – 70
Bakı Dövlət Universitetində Əməkdar jurnalist, BDU multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədlinin 70 illik yubileyinə həsr olunmuş “Bir ömrün salnaməsi – professor Allahverdi Məmmədli – 70” sənədli filminin təqdimat mərasimi keçirilib.
BDU-nun Tələbə İnkişaf Mərkəzində keçirilən mərasimdə tanınmış ziyalılar, universitetin professor-müəllim heyətinin üzvləri, tələbələr, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev yubilyarın Azərbaycan mediasının, sahə elminin və ali jurnalistika təhsilinin inkişafına verdiyi töhfələrdən danışıb.
Bildirilib ki, jurnalistika fakültəsinin 45 il əvvəlki məzunu, illərdən bəri isə professoru olan yubiliyar əmək fəaliyyətinə Naxçıvan Televiziyasında başlayıb. O, müxtəlif illərdə muxtar respublikanın “Şərq qapısı”, ölkənin avanqard “Xalq qəzeti”ndə məsul vəzifələrdə çalışıb, “Azad Azərbaycan” radiosuna və Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasın, Ali Məhkəmənin mətbuat xidmətinə rəhbərlik edib. Uzun illərdən bəri isə doğma universitetdə pedaqoji fəaliyyət göstərərək yeni jurnalist nəslinin yetişməsinə töhfə verir.
Tələbəlik illərindən Cəlil Məmmədquluzadənin yaradıcılığını diplom işi kimi araşdıran həmkarımız müstəqillik illərində böyük ədibin yaratdığı “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının tədqiqini elmi yöndən təqiq ederək mamizədlik dissertaiyası kimi müdafiə edib. Media tariximizdə bu istiqamətində araşdırmaları gündəmə gətirən Allahverdi Məmmədli bir sıra monoqrafiya və elmi əsərlərin müəllifidir. O, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatlarına, milli mətbuatın inkişafnda xidmətlərinə ğörə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Mərasimdə əvvəlcə ssenari müəllifi Mahir Qəribov və rejissor, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadənin yubiliyarın ekran bioqrafiyası kimi ərsəyə gətirdikləri “Bir ömrün salnaməsi – professor Allahverdi Məmmədli – 70” sənədli filmi iştirakçılara təqdim edilib.
Ekran əsərinin nümayiçindən sonra qocamanali təhsil işçisi, yubiliyarın müəllimi olmuş BDU-nun milli media tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, ali məktəbin jurrnalistika fakültənin dekanı, Azərbaycan Mətuat Şurasının yeni seçilmiş sədri Vüqar Zifəroğlu, “Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan, jurnalist Cümşüd İskəndərov və digər çıxış edənlər yubiliyarın zəngin ömür yolu, jurnalistik və elmi fəaliyyəti, yüksək vətəndaşlıq fəaliyəti barədə ürək sözlərini söyləyiblər, ona təbriklərini, cansağlığı
Yubilyarın uşaqlıq illərindən başlayaraq peşəkar fəaliyyətini, elmi-pedaqoji irsini və mənalı həyat yolunu əks etdirən film iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Namiq QƏDİMOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Oktyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















