Icma.az
close
up
RU
Media professorunun ekran bioqrafiyası

Media professorunun ekran bioqrafiyası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Allahverdi Məmmədli – 70

Bakı Dövlət Universitetində Əməkdar jurnalist, BDU multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədlinin 70 illik yubileyinə həsr olunmuş “Bir ömrün salnaməsi – professor Allahverdi Məmmədli – 70” sənədli filminin təqdimat mərasimi keçirilib.

BDU-nun Tələbə İnkişaf Mərkəzində keçirilən mərasimdə tanınmış ziyalılar, universitetin professor-müəllim heyətinin üzvləri, tələbələr, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev yubilyarın Azərbaycan mediasının, sahə elminin və ali jurnalistika təhsilinin inkişafına verdiyi töhfələrdən danışıb.

Bildirilib ki, jurnalistika fakültəsinin 45 il əvvəlki məzunu, illərdən bəri isə professoru olan yubiliyar əmək fəaliyyətinə Naxçıvan Televiziyasında başlayıb. O, müxtəlif illərdə muxtar respublikanın “Şərq qapısı”, ölkənin avanqard “Xalq qəzeti”ndə məsul vəzifələrdə çalışıb, “Azad Azərbaycan” radiosuna və Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasın, Ali Məhkəmənin mətbuat xidmətinə rəhbərlik edib. Uzun illərdən bəri isə doğma universitetdə pedaqoji fəaliyyət göstərərək yeni jurnalist nəslinin yetişməsinə töhfə verir.

Tələbəlik illərindən Cəlil Məmmədquluzadənin yaradıcılığını diplom işi kimi araşdıran həmkarımız müstəqillik illərində böyük ədibin yaratdığı “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının tədqiqini elmi yöndən təqiq ederək mamizədlik dissertaiyası kimi müdafiə edib. Media tariximizdə bu istiqamətində araşdırmaları gündəmə gətirən Allahverdi Məmmədli bir sıra monoqrafiya və elmi əsərlərin müəllifidir. O, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatlarına, milli mətbuatın inkişafnda xidmətlərinə ğörə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Mərasimdə əvvəlcə ssenari müəllifi Mahir Qəribov və rejissor, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadənin yubiliyarın ekran bioqrafiyası kimi ərsəyə gətirdikləri “Bir ömrün salnaməsi – professor Allahverdi Məmmədli – 70” sənədli filmi iştirakçılara təqdim edilib.

Ekran əsərinin nümayiçindən sonra qocaman ali təhsil işçisi, yubiliyarın müəllimi olmuş BDU-nun milli media tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, ali məktəbin jurrnalistika fakültənin dekanı, Azərbaycan Mətuat Şurasının yeni seçilmiş sədri Vüqar Zifəroğlu, “Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan, jurnalist Cümşüd İskəndərov və digər çıxış edənlər yubiliyarın zəngin ömür yolu, jurnalistik və elmi fəaliyyəti, yüksək vətəndaşlıq fəaliyəti barədə ürək sözlərini söyləyiblər, ona təbriklərini, cansağlığı

Yubilyarın uşaqlıq illərindən başlayaraq peşəkar fəaliyyətini, elmi-pedaqoji irsini və mənalı həyat yolunu əks etdirən film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

N.ƏHMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri