Icma.az
close
up
RU
“Media savadlılığı cəmiyyətdə önəmli bir prosesdir” Əfsələddin Ağalarov

“Media savadlılığı cəmiyyətdə önəmli bir prosesdir” Əfsələddin Ağalarov

Icma.az bildirir, Manset portalına istinadən.

"Media savadlılığı bütün cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də önəmlə izlənilən bi prosesdir".

Bu sözləri Manset.az-a açıqlamasında Azxəbər.com saytının baş direktoru Əfsələddin Ağalarov media savadlılığı haqqında danışarkən bildirib.

O, qeyd edib ki, Vətən müharibəsi dönəmində biz çox insanın informasiya ilə davranış qaydalarına yiyələnmədiyini və bu boşluqların cəmiyyətdə informasiya çeşidliyini yartdığının şahidi olurduq.

“Vətən müharibəsi dönəmində hər hansısa bir sosial şəbəkədə yayılan informasiya xüsusən dezinformasiya məlumatlar çox qısa zamanda böyük kütlələrin əlinə keçir və bu böyük kütlələr həmin informasiyaları digər geniş kütləyə çatdırırlar. Nəticədə isə dövlətin informasiya siyasətində ciddi problemlər ortaya çıxırdı. Buna görə də əldə edilməli olan nəticələrlə bağlı ciddi boşluqlar yaranırdı. Məhz bu baxımdan son illər ölkəmizdə hər il mütəmadi olaraq "Media savadlılığı" həftəsi keçirilir. Media savadlılığı həftəsində media ekspertləri, jurnalistika sahəsində ciddi uğurlar əldə etmiş şəxslər, informasiya ilə davranış qaydaları, eyni zamanda media və vətəndaş münasibətlərini tənzimləyən önəmli məsələlərlə bağlı məlumatlar verirlər, paylaşırlar. Bu çox önəmlidir. Ən azından izləyicilər, oxucular informasiyanın həqiqiliyini necə yoxlamaq lazım olduğunu bilsələr, hansı informasiyanın dövlət sirri, hansı informasiyanın xəbər mahiyyəti daşıdığını bilsələr mən düşünürəm ki, bu növbəti illərdə bizim cəmiyyətdə media çeşidliliyinin qarşısını ciddi şəkildə alacaq”.

Əfsələddin Ağalarov hesab edir ki, media viruslarının yayılması prosesi sosial şəbəkələr dövrünün genişlənməsi ilə daha sürətlə artmağa başladı:

“Hansısa bir dezinformasiyanın veriləndən sonra onun təkzibinin verilməsi prosesinə baxdığımız zaman görürük ki, dezinformasiya xarakterli məlumat verilən təkzib xarakterli məlumatdan daha çox insana çatır, mənimsənilir və digər hədəflərə ötürülür. Burdan aydın olur ki, media virusun yayılma prosesi təkzibin, doğrunun və dürüst xəbərin yayım tezliyindən qat-qat çoxdur. Nəticə etibarı ilə biz bunun fəsadlarını mütəmadi olaraq görürük”.

Əfsələddin Ağalarov bildirir ki, media virusla birbaşa mübarizə mediada işləyənlərin peşəkarlıq səviyyəsinin artırılmasından irəli gəlir. 

“Jurnalistin mütləq intellekti yetərincə olmalı, onun xəbər istehsal qabiliyyətində nəzərdə tutduğumuz bu yalan məlumatlara və dezinformasiya xarakterli məlumatlara yer olmamalıdır. Jurnalistika prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirməlidir. Belə bir mühitin yaranmasında artıq biz informasiya çeşidliyini deyil daha yaxşı, aydın bir mənzərənin şahidi olmuş olacağıq. Bu baxımdan hər bir redaksiya düşünürəm ki, öz əməkdaşlarını, jurnalistlərini media savadlılığının artırlması istiqamətində də  mütəmadi işlər görməlidir. Ümumi olaraq jurnalistlər mütəmadi olaraq bir-birilərinə dəstək olmalıdılar. Jurnalist həmrəliyi olmalıdır. Bu həmrəlik fonunda biz ön plana media sahəsində ciddi işlərə imza atanları görməliyik. O şəxlərin ən azından sözləri, imzaları kəsərlidir və biz bir qrup digər informasiya çeşidliliyi yaradan insanlara qarşı ancaq bu formada mübarizə apara bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 24 Dekabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri