Icma.az
close
up
RU
Əfsələddin Ağalarov Rusiyada keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil etdi FOTOLAR

Əfsələddin Ağalarov Rusiyada keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil etdi FOTOLAR

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

26-28 mart tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Ümumi yaddaş: Böyük qələnin 80 illiyi" mövzusunda beynəlxalq forum keçirilib. 

"Mekan" Türkmən Mədəniyyət Mərkəzinin təşkilatçılığı, "Yorth World Festival" təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq forumda Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarusiya, Qırğızıstan, Tacikistandan olan media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Forumda Azərbaycanı "Azxeber Media"nın direktoru, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin (GSİİYİB) sədri Əfsələddin Ağalarov və "Safavy" online təhsil platformasının rəhbəri, təhsil mütəxəssisi Könül Quliyevə təmsil edib.

"Böyük Vətən Müharibəsi Azərbaycan mətbuatının gözündə" mövzulu təqdimatla çıxış edən GSİİYİB sədri Əfsələddin Ağalarov Azərbaycanda müharibə qəhrəmanlarının xatirəsinin daima yad edildiyini, bu mövzuda ölkə mediasının geniş məlumatlar yayımladığını bildirib:

"Azərbaycan mətbuatı xüsusən müharibə qəhrəmanlarının xatirəsini, bu savaşda Bakı neftinin necə taleyüklü rola malik olduğunu və müharibənin gedişatındakı təsirlərini işıqlandırır. Ümumilikdə isə Azərbaycanda İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq üçün mütəmadi olaraq tədbirlər təşkil edilir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə müharibə veteranlarının sosial təminatları hər il mütəmadi olaraq yaxşılaşdırılır, onlara ödənişsiz xidmətlər göstərilir. Bu il həm də böyük qələbənin 80 illik yubileyidir. Məhz bu münasibətlə Azərbaycanda da müxtəlif tədbirlər, konfranslar təşkil ediləcək".

İki gün davam edən tədbirdə çıxışçılar təmsil etdikləri ölkələrdə böyük qələbənin izləri ilə bağlı geniş tərkibli məlumatları, elmi məqalələri, araşdırma materiallarını təqdim ediblər. 

Sonda hər ölkənin mədəniyyət nümayəndələrinin iştirakı ilə konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, bu il Böyük Vətən Müharibəsindəki qələbənin 80 illik yubileyidir. Bu münasibətlə Rusiya başda olmaqla keçmiş MDB ölkələrinin bir çoxunda yubiley tədbirləri həyata keçiriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri