“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib.
Bakıvaxtı.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib.
Deputat bildirib ki, dinlə bağlı bəzən mənşəyi və yaranma səbəbi bəlli olmayan hədislərin cəhalətə yol açdığı kimi, informasiya bolluğu da informasiya cəhalətinə səbəb ola bilir:
“İnsanlarda media savadlılığının artırılmasına ehtiyac var. Rəqəmsal risklərdən qorunma səviyyəsinin yüksək olduğu ölkələrdə media savadlılığı məsələləri ‘Media haqqında’ qanunla deyil, ‘Media savadlılığı haqqında’ ayrıca qanunla tənzimlənir. Məsələn, Finlandiyada və Malayziyada belədir. Azərbaycanda da ‘Media savadlılığı haqqında’ qanunun qəbuluna ehtiyac var. Bu istiqamətdə bilik və bacarıqlar həm uşaqlara, həm də böyüklərə öyrədilir. Yeni qurum da bu məsələni diqqətdə saxlamalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















