Icma.az
close
up
RU
Media savadlılığı nədir?

Media savadlılığı nədir?

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Media haqqında” Qanuna əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir. 

Rəqəmsal mühitdə media savadlılığı

Çap mətbuatının əsas məlumat mənbəyi olduğu dövrdə ənənəvi savadlılıq anlayışı məlumatı anlamaq və ünsiyyət qurmaq bacarığı idi. Lakin çap mediasının artıq əsas və yeganə məlumat mənbəyi olmadığı müasir dünyada bu rol onlayn media tərəfindən mənimsənilib və ənənəvi savadlılıq anlayışı da buna uyğun olaraq mütəmadi yenilənir. Mətni, təsvirləri və səsləri və ya bu elementlərin hər hansı birləşməsini müxtəlif media formalarında oxumaq, başa düşmək, qiymətləndirmək, eyni zamanda qarşılıqlı əlaqə və ya hər hansı məzmun yaratmaq media savadlılığı anlayışına daxil olan rəqəmsal savadlılıq predmetləridir. Müasir cəmiyyətin hər bir sahəsinə nüfuz edən texnoloji tərəqqi media sənayesinə də ciddi təsir göstərir, müvafiq sahədə köklü dəyişikliklərə səbəb olur, eləcə də yeni media məhsulları və xidmətləri yaradır, bir sözlə, virtual və mürəkkəb media mühiti üçün yeni imkanlar təqdim edir. Texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının (mətn, qrafika, audio, video) rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş, məzmun istehsalı üçün tələb olunan vaxt, maliyyə xərcləri, media məzmunlarının yayımlanmasında məkan və zaman məhdudiyyətlərini aradan qaldıraraq medianı ictimai platformaya çevirmişdir.

İnformasiya savadlılığı, rəqəmsal savadlılıq və media savadlılığı

İnformasiya savadlılığı

İnformasiya savadlılığı ehtiyac duyulan informasiyanın nə olduğunu dərk etməyi, lazım olan məlumatı tapmağı, qiymətləndirməyi və ondan səmərəli istifadə etməyi tələb edən bacarıqlar toplusudur. İnformasiya resurslarının çoxaldığı müasir dövrdə informasiya savadlılığı da getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu mühitin artan mürəkkəbliyi səbəbindən fərdlər filtrdən keçirilməmiş, həqiqiliyi, etibarlılığı dəqiq müəyyən olunmamış informasiya seçimləri ilə üzləşirlər. 

İnformasiya savadlılığı informasiya resurslarından səmərəli istifadə ilə bağlı praktiki bacarıqları əhatə edir və bir çox hallarda media və informasiya savadlılığı anlayışları birgə istifadə olunur. İnformasiya savadlılığı aşağıdakı anlayışlarla sıx əlaqəlidir:

tənqidi düşünmək; xəbəri anlamaq; jurnalistikanın prinsiplərini dərk etmək; onlayn medianın necə fəaliyyət göstərdiyini başa düşmək; onlayn mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq.

Rəqəmsal savadlılıq

Rəqəmsal media savadlılığı, yəni internet platformaları, sosial media və mobil qurğular kimi rəqəmsal texnologiyalar vasitəsilə yayılan məlumatları tapmaq, qiymətləndirmək, yaratmaq, təhlil etmək və paylaşmaq kimi bacarıqlar müasir medianın tələblərinə uyğunlaşmaq istiqamətində istehlakçıların inkişafına töhfə verir. İnternetin təkamülü ilə mürəkkəb media mühitində gündəmə gələn rəqəmsal savadlılıq rəqəmsal cəmiyyətdə yaşamaq, öyrənmək və işləmək üçün zəruri hesab edilən həm koqnitiv, həm də texniki bacarıqları əhatə edir.

Rəqəmsal savadlılıq 4 əsas bacarığa bölünür:

Şəxsi məlumatların müxtəlif tərəflərlə paylaşılması riski qiymətləndirilməli, bu məlumatların başqaları tərəfindən necə istifadə oluna biləcəyi ehtimal edilməli, məxfiliyin qorunması üçün tədbirlər görülməlidir; İnformasiya mühiti dərk edilməli və onlayn platformadakı fəaliyyət buna uyğun düzgün yönləndirilməlidir; İstehlak edilən məzmuna tənqidi və sorğulayıcı yanaşma bacarığı formalaşmalıdır; Hər hansı məzmun istehsal və ya istehlak edilərkən onun nəticələri nəzərdən keçirilməlidir.

Media savadlılığı

Müasir media məkanında “informasiya bolluğu” olan bu dövrdə hər bir istifadəçi gündəlik olaraq bir çox suallarla qarşılaşır, bu şəraitdə düzgün, dəqiq, qərəzsiz məlumatlar əsasında qərar vermək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlı olmağa xüsusi ehtiyac var.

Media savadlılığı, ümumilikdə, geniş yayılmış media məhsullarına tənqidi yanaşma kimi başa düşülür. Media məhsullarının istehsalında istifadə edilən metodlar, texnologiyalar və subyektlərin, eləcə də verilən ismarıcların təhlili və bu təhlildə fərdi xüsusiyətlərin rolunu anlamaq da bu anlayışa daxildir. Sürətlə qloballaşan və interaktivliyin çox olduğu dünyada media təhsili düzgün cavablara malik olmaqla yanaşı düzgün suallar verməklə də bağlıdır. Hazırkı dövrdə bir çox ölkələrdə media və informasiya savadlılığı təməl insan hüquqları və dayanıqlı inkişaf anlayışları ilə demək olar ki, eyniləşdirilir. Qeyd edilənləri nəzərə alaraq, 21-ci əsrdə media savadlılığının həyati bacarıq kimi qiymətləndirilməsi təəccüblü deyildir. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri