Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 fevral, AZƏRTAC
Ukraynanın təhlükəsizliyi təmin olunmayanadək ölkədə seçkilərin keçirilməsindən söhbət gedə bilməz.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafından olan mənbəyinə istinadla məlumat yayıb.
Nəşr bir müddət öncə Ukraynanın dövlət başçısının fevralın 24-də ölkədə prezident seçkilərinin keçirilməsi və sülh sazişi üzrə referendumun təşkili planlarını elan edə biləcəyini yazmışdı.
Dekabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi barədə bəyanatından sonra Volodimir Zelenski qanunvericiliyin dəyişdirilməsinə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















