Icma.az
close
up
RU
Ukraynada seçki payızda KEÇİRİLƏ BİLƏR

Ukraynada seçki payızda KEÇİRİLƏ BİLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb. Ancaq Ukraynanın rəsmi qurumları iddiaları təkzib edib.

Buna baxmayaraq, Zelenskinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Zelenskinin prezidentlik müddəti 2024-cü ilin may ayında başa çatsa da, hərbi vəziyyətə görə seçkilər təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin onun legitimliyini şübhə altına alıb və Zelenskinin “qanunsuz statusda” olduğunu, sülh danışıqlarında iştirak hüququnun olmadığını bildirib. Zelenski isə hərbi vəziyyətdə seçkinin mümkün olmadığını müdafiə edir.

Ukrayna parlamentinin sabiq sədri, deputat Dmitro Razumkov bildirib ki, Ukraynada hakimiyyət dəyişikliyi üçün yeganə yol prezident seçkilərinin keçirilməsidir. Bundan qabaq da ABŞ lideri Zelenskinin seçkilərə getməsini söyləyib. Zelenski özü də çıxışlarının birində Ukrayanın xeyrinə olacağı təqdirdə seçkilərə getməyə hazır olduğunu qeyd edib.

Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, lazımı şərait yaranarsa, ən gec payızda seçki keçirilə bilər:

"Ukraynanın seçkilərə getməsi üçün atəşkəs elan olunmalıdır. Çünki konstitusiyaya görə müharibə şəraitində seçki keçirilə bilməz. Konstitusiyanın 108-ci maddəsinə əsasən Volodimir Zelenski prezident səlahiyyətini davam etdirir. Razmikovun dediyinə görə seçki keçirilərsə, atəşkəs elan olunmalı, müharibə şəraiti aradan qaldırılmalıdır. Seçkilərin vaxtı sekçi komissiyası tərəfindən müəyyən edilməli və namizədlərin verilməsi mərhələsinə başlanılmalıdır. Bu da vaxt aparan prosesdir. Ən azı 3-6 ay ərzində bu proseslər həyata keçirilə bilər. Dediklərim baş tutarsa, ən tez yay aylarında, ən gec isə payız aylarında prezident seçkilərinə gedilə bilər. Bu tərəflər-Rusiya və Ukrayna arasında atəşkəs sazişi imzalanarsa, baş tuta bilər. lakin atəşkəs sazişi imzalanmasa, heç bir halda seçkilər keçirilə bilməz".

Q.Osmanlı Dmitro Razumkovun namizədliyi məsələsinə də toxunub:

"Razumkovun Ukraynada müxtəlif çevrələrdə nüfuzu və reytinqi var. Zelenski haimiyyətinin ilk dövrlərində Ali Radanın spikeri olub. O da namizədliyini verib gücünü sınaya bilər. Zelenskini kim əvəz edəcək sualına əvvəlcədən cavab vermək olmaz. Bu seçki zamanı müəyyənləşə bilər. Bunu əvvəlcədən heç kəs deyə bilməz. Dediyim hallar baş verərsə, xalqın iradəsi nədir, o da olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see312

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see248

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see243

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see237

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see236

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see234

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see231

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see193

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see168

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see163

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see162

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri