Media təkcə xəbərləri ötürməməli, cəmiyyətin səsini çatdırmalıdır Şerzod Əsədov
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Media təkcə xəbərləri ötürməməli, cəmiyyətin səsini çatdırmalı, ölkədə baş verən dəyişiklikləri əks etdirməli və ictimai dialoqun formalaşmasına kömək etməlidir.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiyalar Departamentinin rəhbəri – prezidentin mətbuat katibi Şerzod Əsədov "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq media forumunda bildirib.
Onun sözlərinə görə, milli maraqların qorunması dünyadan təcrid olunmaq və ya obyektivlikdən imtina etmək demək deyil. Söhbət faktlara, etibarlı məlumatlara əsaslanmaqdan və bu zaman cəmiyyətin və dövlətin maraqlarını nəzərə almaqdan gedir.
Spiker qeyd edib ki, bu gün ölkənin müstəqilliyi yalnız ərazi, iqtisadiyyat və ya siyasi institutlarla deyil, həm də informasiya gündəmini müstəqil şəkildə formalaşdırmaq və öz informasiya məkanını qorumaq bacarığı ilə müəyyən edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 Avqust 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















