Icma.az
close
up
RU
“MegaSec”in nümayəndə heyəti Şerzod Şermatovla görüşdü Fotolar

“MegaSec”in nümayəndə heyəti Şerzod Şermatovla görüşdü Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“MegaSec” şirkətinin direktoru Qabil Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan rəqəmsal texnologiyalar naziri Şerzod Şermatovla strateji görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı kibertəhlükəsizlik, süni intellekt texnologiyaları və informasiya infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.

Son illər Azərbaycan rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən birinə çevrilib. Dövlət səviyyəsində formalaşdırılmış güclü infrastruktur, beynəlxalq tərəfdaşlıqlar və yerli texnoloji şirkətlərin inkişafı bu uğurun təməlini təşkil edir.“MegaSec” məhz bu ekosistemin yetirdiyi, Azərbaycanın rəqəmsal təhlükəsizlik sahəsində topladığı bilik və təcrübəni öz fəaliyyətində əks etdirən qabaqcıl texnologiya şirkəti kimi görüşdə ölkəmizin texnoloji potensialını layiqincə təmsil edib.   

Tərəflər rəqəmsal transformasiyanın sürətlə davam etdiyi müasir dövrdə informasiya təhlükəsizliyinin strateji prioritetə çevrildiyini vurğulayıblar. Kadr hazırlığı, ixtisasartırma proqramları, süni intellekt və bulud infrastrukturunun inkişafı və kibertəhlükəsizlik mərkəzinin yaradılması kimi strateji layihələr müzakirə edilib.

Müzakirələr zamanı Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi praktiki təcrübənin və uğurlu həllərinin Özbəkistanda tətbiqi perspektivləri də diqqət mərkəzində olub. Bu baxımdan görüş, Azərbaycanın rəqəmsal inkişaf modelinin və qabaqcıl təcrübəsinin dost və tərəfdaş ölkələrlə paylaşılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.

“MegaSec” MMC süni intellekt məhsullarının inkişafı, kibertəhlükəsizlik xidmətləri və dron sistemləri sahəsində fəaliyyət göstərən Azərbaycan texnologiya şirkətidir.

Şirkətin həll paketinə kiberhücum simulyasiyaları, 24/7 fəaliyyət göstərən kiber kəşfiyyat mərkəzi, audit xidmətləri, intellektual aşkarlama sistemləri, nitq emalı texnologiyaları, böyük dil modelləri, UAV və robotexnika, habelə AgriTech həlləri daxildir. Şirkət real vaxt rejimli üz tanıma sistemi üzrə patentin də sahibidir.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri