Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyi jurnalistləri təyyarə qəzası ilə bağlı təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb AZƏRTAC

Medianın İnkişafı Agentliyi jurnalistləri təyyarə qəzası ilə bağlı təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb AZƏRTAC

Bakı, 25 dekabr, AZƏRTAC

Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.

Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

“Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq”, - deyə açıqlamada qeyd olunub.

seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri