Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyində türkiyəli jurnalistlərlə görüş keçirilib

Medianın İnkişafı Agentliyində türkiyəli jurnalistlərlə görüş keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə Medianın İnkişafı Agentliyində görüş olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir. Natiq Məmmədli deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O diqqətə çatdırıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub, bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.

Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad olunmuş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə arasında media əlaqələrinin daha da güclənməsinə, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri