Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüş keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.

Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.

Görüşdə media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri