Mediatorlar üçün onlayn təlim keçirilib
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
19 oktyabr 2026-cı il tarixində beynəlxalq təcrübənin öyrənilməsi, mediatorların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Mediasiya Şurasının təşkilatçılığı, Mərkəzi Asiya Mediatorlar Konsorsiumu və Özbəkistan Respublikasının Mübahisələrin Həlli Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Özbəkistan Respublikasında mediasiya – qanunvericilik və praktika” mövzusunda onlayn təlim keçirilib.
Newscenter.az xəbər verir ki, Təlim Daşkənd Mediasiya Mərkəzinin direktoru, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Mediatorların Ali İxtisas Komissiyasının üzvü, vəkil, hakim və mediator, IMI ixtisası üzrə mütəxəssis Kimsanov Diyorbek Ma'murjon oğlu tərəfindən və mediator Natavan Muradovanın moderatorluğu ilə keçirilib. Təlimdə 70-ə yaxın mediator iştirak edib.
Təlim zamanı iştirakçılara Özbəkistan Respublikasında mediasiyanın hüquqi əsasları, mediasiya sahəsində mövcud qanunvericilik, onun tətbiqi xüsusiyyətləri və praktiki aspektləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Özbəkistanda mediasiya təcrübəsi və bu sahədə formalaşmış yanaşmalar diqqətə çatdırılıb.
İnteraktiv formatda təşkil olunan təlim mediatorların beynəlxalq təcrübə ilə tanışlığı, peşəkar biliklərinin genişləndirilməsi və mediasiya prosesinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediatorlar üçün təlim keçirilib
05 May 2026 10:24
Mediatorlar üçün növbəti maarifləndirici təlim keçirilib
15 May 2026 15:45
Mediatorlar üçün təlim keçiləcək
05 Oktyabr 2026 14:31
Baş Prokurorluqda mediatorlar üçün konfrans keçirilib
11 Sentyabr 2026 20:57
Mediatorlar üçün təlimlərə başlanılıb
28 Aprel 2026 19:48
Baxış sayı:89
Bu xəbər 20 Oktyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















