Icma.az
close
up
RU
Mediaya ən qapalı deputatlar SİYAHI

Mediaya ən qapalı deputatlar SİYAHI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeddinci çağırış Milli Məclisinin tərkibi əvvəlki çağırışlarla müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Xüsusilə son illərdə ictimai-siyasi proseslərin dinamikası, informasiya mühitinin sürətli inkişafı və rəqəmsal medianın təsir imkanlarının genişlənməsi deputatların fəaliyyət formatına da təsir göstərib. Bu gün parlament üzvlərinin əhəmiyyətli hissəsi sosial şəbəkələrdə fəaldır, ölkə daxilində və beynəlxalq mediada baş verən hadisələrə operativ münasibət bildirir, qanunvericilik təşəbbüsləri və ictimai əhəmiyyətli məsələlərlə bağlı mövqelərini müntəzəm şəkildə bölüşürlər. Bu tendensiya Milli Məclisin cəmiyyətlə kommunikasiya imkanlarını genişləndirən müsbət faktor kimi qiymətləndirilə bilər.

Lakin ümumi mənzərə fonunda diqqət çəkən başqa bir reallıq da mövcuddur. Parlamentdə elə deputatlar var ki, onların media ilə əlaqələri demək olar ki, minimum səviyyədədir. Jurnalistlərin müraciətlərinə cavab verməmələri, müsahibələrdən yayınmaları və ictimai müzakirələrdə görünməmələri müəyyən suallar doğurur. Axı deputatın tək işi qanunvericilik fəaliyyəti ilə deyil, o həm də ictimai hesabatlılıq, şəffaflıq və seçicilərlə kommunikasiyanın təmin olunması baxımından məsuliyyət daşıyır.

Burada vacib bir sual meydana çıxır, əgər millət vəkili media nümayəndələri üçün əlçatan deyilsə, o, seçiciləri üçün nə dərəcədə açıq ola bilər? Sual da göstərir ki, deputatların mediada aktivliyi ancaq jurnalistləri maraqlandıran məsələ deyil. Media cəmiyyətlə dövlət arasında informasiya körpüsüdür və deputatın mediadan uzaq qalması faktiki olaraq ictimaiyyətlə dialoqun zəifləməsi anlamına gəlir. Demokratik idarəetmə modelində isə ictimai kommunikasiyanın davamlılığı və hesabatlılıq prinsipi əsas meyarlardan biri hesab olunur.

Modern.az-ın apardığı monitorinq zamanı deputatların mediadakı çıxışların intensivliyi, jurnalistlərin sorğularına münasibət və ictimai informasiya mühitində görünürlük meyarları əsasında media ilə ən passiv əlaqə saxlayan deputatların siyahısını müəyyənləşdirilib. Bu siyahı onların parlament fəaliyyətini deyil, məhz ictimai kommunikasiya səviyyəsini əks etdirir. Müşahidələr göstərir ki, həmin deputatlar ya mediada ümumiyyətlə görünmür, ya da çox nadir hallarda ictimai mövzularda mövqe bildirirlər.

Monitorinq nəticəsində media ilə ən qapalı deputatlar kimi aşağıdakı millət vəkillərinin adları müəyyənləşib.

Bədəl Bədəlov, Heydər Əsədov, Xanlar Fətiyev, Sabir Hacıyev, Mircəlil Qasımlı, Eyvaz Qurbanov, Səttar Mehbalıyev, Anar Məmmədov, Məşhur Məmmədov, Qaya Məmmədov, Kəmaləddin Qafarov bu siyahıya başçılıq edirlər.

Əlbəttə, deputatın fəaliyyəti yalnız mediadakı görünürlüğü ilə ölçülmür. Bununla belə, informasiya əsrində ictimaiyyət qarşısında hesabatlılıq və açıq kommunikasiya siyasi institutların etibarlılığına birbaşa təsir edən amillərdəndir. Millət vəkili statusu bütün deputatlar üçün eynidir və bu status cəmiyyət qarşısında bərabər məsuliyyət yaradır. Bu baxımdan, hansısa deputatın media ilə ünsiyyətdən sistemli şəkildə yayınması sual doğurmaya bilməz.

Qeyd edək ki, bu yazının məqsədi kimisə hədəfə çevirmək deyil. Əksinə, məqsəd parlament-media münasibətlərində mövcud olan boşluğa diqqət çəkmək və ictimai müzakirəyə töhfə verməkdir. Çünki jurnalistin sualına cavab vermək ən əsası seçiciyə hörmətin, şəffaflığın və demokratik siyasi mədəniyyətin göstəricisidir.

Ümid edirik ki, bu yazıdan sonra adı qeyd olunan deputatlar media ilə münasibətlərinə yenidən baxacaq, jurnalistlərin sorğularına daha açıq yanaşacaq və ictimai dialoqda daha fəal iştirak edəcəklər. Dünya dəyişib, informasiya mühiti əvvəlki kimi deyil. Müasir dövrdə medianı və ictimai rəyi nəzərə almamaq nə siyasi baxımdan, nə də ictimai etimad prizmasından uğurlu yanaşma hesab oluna bilər. Ölkənin gündəmi, vətəndaşların problemləri və seçicilərin müraciətləri bütün deputatlar üçün prioritet olmalı, bu məsələlərin ictimaiyyətə çatdırılmasında media ilə konstruktiv əməkdaşlıq əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri