Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Onları NATO dan çıxarmaq lazımdır

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Killian Mbappe: “Yamaldan əl çəkin”

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

Azı qərar, çoxu zərər...

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Mədinə Paşayeva: Caz kəhkəşanında parlayan gənc ulduz MÜSAHİBƏ

Mədinə Paşayeva: Caz kəhkəşanında parlayan gənc ulduz MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 avqust, Anara Axundova, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında materiallar silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz gənc pianoçu, Gülarə Əliyeva adına 3 nömrəli Musiqi və İncəsənət Məktəbinin tələbəsi, musiqi müsabiqələri laureatı, beynəlxalq festivalların iştirakçısı Mədinə Paşayevadır. İstedadlı qız tamaşaçıların yaddaşında onu “möcüzəli qız” adlandıran və şəxsən dəvət edən Əzizə Mustafazadənin konsertində parlaq ifası ilə qalıb.

Cəmi on iki yaşı olan Mədinə ümumtəhsil məktəbinin 7-ci sinfinə, musiqi məktəbinin isə 5-ci sinfinə keçib. O, əlaçı şagird olmaqla yanaşı, həm də rəsmlə məşğul olur. Anası Səbinə Paşayevanın sözlərinə görə, onların ailəsində musiqiçi olmayıb və qızın özü musiqiyə həvəs göstərib: ““Mədinənin 5-6 yaşı olanda biz ticarət mərkəzində gəzirdik. Foyedə pianoda ifa edən yeniyetmələr var idi. Bu, onun çox xoşuna gəldi və mənə dedi: “Ana, mən də belə pianoda ifa etməyi xəyal edirəm, istəyirəm ki, insanlar toplaşsın, musiqilərimə qulaq assın və alqışlasınlar”. Mən onun sözlərinə əhəmiyyət vermədim, hələ balaca idi və bu söhbət unuduldu”.

Lakin Mədinə arzusunu unutmadı. Ticarət mərkəzindəki həmin hadisədən bir il sonra Mədinənin ailəsinin yaşlı qonşusu köçürdü. Qonşunun köhnə bir alman pianosu var idi və məlum oldu ki, bu alət daşımaq üçün çox ağırdır...Səbinə xanım əlavə edir: “Mədinə həyətdəki hasarın arasından pianinonu görüb dedi: “Ana, piano var! Bəlkə götürək”. Qonşumuzdan soruşduq, aləti götürməyəcəyini dedi və əlavə etdi ki, istəsəniz siz götürə bilərsiniz. Pianinonu birtəhər dartdıq və dəhlizə qoyduq. Mədinə sevincindən ağladı. Yenə də buna çox fikir vermədim, düşündüm ki, yaxşı, uşaqdır, oynayıb sonra bezəcək.

Lakin Mədinənin marağı daha da artdı. İstedadlı qız bunun üçün “YouTube”dan istifadə edərək təkbaşına melodiyalar öyrənməyə başladı. O vaxt COVID-19 pandemiyası var idi və Mədinə sevimli məşğuliyyətinə çox vaxt ayıra bilirdi. Oturub müxtəlif melodiyalar çalardı. Heç bir not olmadan, sadəcə dinləyir və ifa edirdi. Bunu çox tez bacardı. O, qeyri-peşəkarcasına ifa edirdi, amma hər halda, çala bilirdi”.

Pandemiya başa çatdıqdan sonra valideynlər qızlarını musiqi məktəbinə göndərmək qərarına gəldilər. Mədinə imtahandan uğurla keçdi və nəticədə məktəbin ən yaxşı müəllimlərindən biri Gültəkin Məmmədova onu öz sinfinə götürdü. O, Mədinəni eşidən kimi dərhal dedi ki, bu unikal uşaqdır və ona yaxşı musiqi təhsili lazımdır.

Mədinənin müəllimi də söhbətimizdə iştirak edir və heyrətamiz şagirdi haqqında çox səmimi danışır: “Mədinə məktəbimizin ən istedadlı şagirdlərindən biridir. Belə istedadlar on-iyirmi ildə bir dəfə olur. O, istedadlı olmaqla yanaşı, həm də çox çalışqan və məsuliyyətlidir. Xatırlayıram, Mədinə anası Səbinə xanım və nənəsi ilə qəbul imtahanına gəlmişdi. Onlar elə həvəsli idilər ki... Balaca Mədinənin musiqi qabiliyyətini sınamağa başladıq və bu uşaq bizi çox təəccübləndirdi. Mədinə əzbərdən öyrəndiyi musiqi parçalarını ifa etməyə başladı. Hələ notları bilməsə də, pianoda düzgün oturmaq, əllərinin və barmaqlarının düzgün mövqeyinə dair heç bir məlumatı və bacarığı olmasa da, Tanrının ona verdiyi istedad sayəsində pianoda musiqi parçaları ifa edirdi”.

Qızı tez-tez Əzizə Mustafazadəyə bənzədirlər. Bir dəfə pedaqoq Gültəkin Məmmədova onun üçün məşhur pianoçunun ifasını səsləndirdi və bu, Mədinənin çox xoşuna gəldi.

“Bir müəllim kimi onun gözəl ritmik və emosional qabiliyyətlərini kəşf etdim. İstedadlı qızın cazı gözəl ifa edəcəyini düşünürdüm. Mədinə caza müəyyən qeyri-müəyyənliklə yanaşırdı, çünki o, hələ çox gənc idi. Biz onun gözəl ifa etdiyi klassik parçalardan əlavə caz kompozisiyaları da ifa etməyə başladıq. Mən Mədinənin caza getdikcə daha çox maraq göstərdiyini, hər keçən gün ifaçılıq bacarıqlarını artırdığını gördüm. Əminliklə deyə bilərəm ki, Mədinə gələcəkdə məşhur caz ifaçısı olacaq. İnanıram ki, o, öz çıxışları ilə Azərbaycanı ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da şöhrətləndirəcək”, -deyə pedaqoq qeyd edir.

Mədinə ilk caz kompozisiyasını 9 yaşında ifa edib. Bu, Əzizə Mustafazadənin “Last Day of Chopin” əsəri idi. Mədinə bunu məktəbdəki yekun konsertində səsləndirdi və onun ifası dinləyicilərin böyük marağına səbəb oldu. Gənc musiqiçinin əsl vizit kartı isə Əzizə Mustafazadənin “Always” bəstəsi olub. Bu əsərlə Mədinə müxtəlif müsabiqələrdə bir sıra mükafatlar qazanıb.

Müsabiqə və festivallardan danışarkən, Mədinənin bir neçə ən əlamətdar yarışda iştirakını qeyd etmək yerinə düşər. Belə ki, gənc pianoçu 2022-ci ildə Dünya Musiqi Festivalının Beynəlxalq İncəsənət Müsabiqə və Festivalında (Qazaxıstan, Astana) “Caz ifaçısı” nominasiyası üzrə 1-ci, 2023-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Yaradıcılıq Festivalında “Cazmen” nominasiyası üzrə 1-ci yeri tutub.

Mədinə hər il Şahin Növrəslinin Bakı Piano Festivalında və Bakı Caz Festivalı çərçivəsində keçirilən Raina Sultanovanın “I'm Jazzman” müsabiqəsində iştirak edir. Artıq üç ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Leyla Əfəndiyevanın təşkilatçılığı ilə “Jazz Camp” çərçivəsində caz konsertləri ilə Azərbaycanın şəhər və rayonlarını gəzir. 2025-ci ildə pianoçu Beynəlxalq Qəbələ Musiqi Festivalında uğurla çıxış edib.

İstedadlı qız musiqi fəaliyyətini məktəbdəki təhsili ilə səmərəli şəkildə birləşdirir. O, əlaçı şagirddir, coğrafiya və tarix fənlərini daha çox sevdiyini deyir.

Səbinə xanım deyir: “Mədinə Əmircan qəsəbəsindəki 87 nömrəli məktəbdə oxuyur. Məktəbin direktoru Kəmalə xanım İbrahimovaya və bütün müəllimlərə göstərdikləri münasibətə görə təşəkkür edirəm Onlar hər zaman anlayış nümayiş etdirir, Mədinə ilə fəxr edir və onu çox sevirlər”.

Gənc pianoçu hesab edir ki, musiqiçi dilləri bilməli, savadlı, müstəqil və ünsiyyətcil olmalı, heç vaxt yalan danışmamalıdır.

Mədinə deyir ki, rəsm ona musiqini daha dərindən öyrənməyə kömək edir: “Mən bir kompozisiyaya qulaq asanda və ya ifa edəndə bu musiqi ilə bağlı müəyyən bir şəkil təsəvvür edirəm. Rəsm çəkəndə isə musiqi dinləyirəm. Amma hər yerdə - metroda, avtobusda, ev tapşırığımı yerinə yetirəndə, sadəcə dincələndə, hətta yatanda da bizdə caz sədaları eşidilir”.

Caza olan sevgisi sayəsində Mədinə pərəstiş etdiyi Əzizə Mustafazadə ilə tanışlıq qazandı. Bu, heyrətamiz bir hekayədir.

Gənc qızın anası deyir: “Instagram” səhifəsi açdıq, Mədinə Əzizə Mustafazadənin əsərlərini ifa edəndə, mən bu bəstələri orada yerləşdirdim və Əzizə xanıma da göndərdim. Gözəl günlərin birində Əzizə xanım bizə yazdı: Mədinənin möcüzə qız olduğunu və onu böyük gələcəyin gözlədiyini qeyd etdi. Əzizə xanımla “Instagram” vasitəsilə ünsiyyətə başladıq. 2024-cü ildə isə 30 apreldə qeyd olunan Caz Günündə Əzizə Mustafazadənin iştirakı ilə Bakıda konsert keçirildi. Biz bilet aldıq, çünki öz kumirini canlı görmək Mədinənin arzusu idi. Əzizə xanım öz bəstəsini ifa edəndə, Mədinə səhnədə ona gül gətirdi. Məşhur pianoçu qızımı tanıdı və tamaşaçılara təqdim etdi. Dedi: “Bilirsiniz bu qız kimdir? Bu, möcüzəli qız Mədinədir”. Ona belə ləqəb verdi və səhnədə, bütün tamaşaçıların qarşısında Əzizə xanım Mədinəni yubiley konsertində çıxış etməyə dəvət etdi”.

Səbinə xanım əlavə edir: “Sonra o, ayrı-ayrılıqda bizə məktub yazdı və məşq etməyi təklif etdi. Təyin olunmuş vaxtda gəldik, görüşdük. Çox səmimi mühit oldu. Əzizə xanım, ümumiyyətlə, çox səmimi insandır. Məşq əla keçdi. Əzizə xanım dedi ki, Mədinənin yaşına görə belə bir çıxışı inanılmaz bir şeydir, həm də əbəs yerə onu “möcüzə qız” adlandırmayıb. Konsert günü, 2024-cü il dekabrın 19-da Mədinə gözəl çıxış etdi. Həmin vaxt onun cəmi 10 yaşı var idi. Amma yekin ifaçı kimi çıxış etdi və onun ifası böyük marağa səbəb oldu”.

Bundan sonra Mədinə Əzizə Mustafazadədən ikinci dəvət aldı və 2025-ci il martın 16-da əfsanəvi Vaqif Mustafazadənin yubileyində möhtəşəm çıxış etdi. Böyük səhnədə görkəmli cazmenin bəstəsini ifa etmək balaca pianoçu üçün şərəf idi.

Mədinə böyük səhnələrdə ifasına davam etmək arzusundadır. O, təkcə Azərbaycanda deyil, xaricdə də çıxış etmək istəyir. Ziyarət etmək istədiyi ölkələr arasında ən çox İtaliya, Fransa və ABŞ-ın adını çəkir.

Arzularının səhnəsinə çıxdığında hansı bəstəni ifa edəcəyini soruşduqda, gənc pianoçu tərəddüd etmədən bunun Əzizə Mustafazadənin “New Baku” əsəri olacağını deyir. Sonra izah edir: “Birincisi, bu əsər uzundur. Mən uzun parçaları sevirəm. İkincisi və ən əsası, enerjilidir. Bəli, çox çətindir, amma ifa edəcəyəm, bacararam!”.

Söhbətimiz əsnasında Mədinə müəllimi Gültəkin Məmmədovaya və valideynlərinə ona verdikləri əməyə, sevgiyə, inama və dəstəyə görə təşəkkür etdi. Təbii ki, o, kumiri Əzizə Mustafazadəyə xüsusi təşəkkürünü bildirdi və qeyd etdi ki, onu görməklə, öz arzusunu gerçəkləşdirib.

“Bizimlə birlikdə bu gözəl musiqi yolunu keçən hər kəsə təşəkkür edirəm. Mən bütün həvəskar musiqiçilərə demək istəyirəm: xəyal edin, işləyin və yaradın. Parlaq və saf arzular həmişə gerçəkləşir!” -deyə gənc pianoçu əlavə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see398

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see324

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see183

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see144

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see137

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see135

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see134

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see132

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see131

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see131

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see129

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see125

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see125

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see123

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see122

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see122

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see121

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri