Icma.az
close
up
RU
Medinskinin böyük və kiçik qardaş bənzətməsi Ukrayna cavab verdi

Medinskinin böyük və kiçik qardaş bənzətməsi Ukrayna cavab verdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya liderinin müşaviri və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya ilə Ukrayna arasında müharibəni böyük və kiçik qardaş arasındakı mübahisəyə bənzədib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "The Wall Street Journal” nəşrinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Qərbin səhvi ondan ibarətdir ki, bu müharibəyə İngiltərə ilə Fransa arasındakı qarşıdurma kimi baxır – yəni fərqli tarixə və mədəniyyətə malik olan iki dövlətin mübarizəsi kimi. Rusiya rəsmisinin fikrincə isə bu münaqişə "ortaq dilə və mədəniyyətə malik, əslində bir xalq olan və yaxın müttəfiq olmalı” olan iki dövlət arasında qardaş savaşından ibarətdir.

"Bu, iki qardaş – böyük və kiçik – arasında kimin daha ağıllı və vacib olduğu uğrunda mübahisəyə bənzəyir. Təəssüf ki, bu münaqişə fərqlərimizi daha da dərinləşdirir və biz onun tezliklə başa çatmasını istəyirik”, – deyə o bildirib.

O, həmçinin iddia edib ki, guya Rusiya sülh istəyir, "amma əgər Ukrayna qərarlarını digər dövlətlərin milli maraqlarına uyğun qəbul etməyə davam edərsə, o zaman Rusiya buna cavab verməyə məcbur olacaq”.

Medinski əlavə edib ki, Ukrayna Qərbə inteqrasiyanı dayandırmalı və Rusiyanın təklif etdiyi sülh şərtlərini qəbul etməlidir. Onun fikrincə, "uzunmüddətli müharibələrdə adətən Rusiya qalib gəlir”. Bu tezisin sübutu kimi o, XVIII əsrdə İsveçlə baş vermiş Böyük Şimal müharibəsini misal çəkib və bildirib: "Rusiya ilə uzunmüddətli müharibə aparmaq mümkün deyil”.

Amma WSJ xatırladır ki, bəzi uzunmüddətli müharibələr Rusiyanın məğlubiyyəti ilə nəticələnib. Məsələn, Sovet İttifaqının Əfqanıstana 10 ilə yaxın davam edən işğalçı müharibəsi Moskvanın resurslarını tükətmiş və 1989-cu ildə sovet qoşunlarının çıxarılması ilə başa çatmışdı. Nəticədə Sovetlər iki il sonra dağıldı. Qərb rəsmiləri vurğulayır ki, Rusiya Ukraynada artıq SSRİ-nin Əfqanıstanda bütün dövr ərzindəki itkilərindən 10 dəfə çox itki verib.

Medinskinin "böyük və kiçik qardaş” bənzətməsinə Ukrayna Xarici İşlər Nazirliyi də reaksiya verib. Qurumun sözçüsü Georgi Tixi bildirib ki, Rusiyanın ukraynalılara baxışı əslində onun ekspansionist niyyətlərini ört-basdır etməyə yönəlib:

"Əgər Rusiya hər hansı Mərkəzi və ya Şərqi Avropa xalqını öz "qardaşı” adlandırırsa, deməli o, bu hekayədə artıq əlində daş tutan Qabildir”, – deyə o bildirib.

Xatırladaq ki, iki gün əvvəl Medinski Rusiya-Ukrayna müharibəsini Qarabağ münaqişəsi ilə müqayisə etmiş və Qarabağı "mübahisəli ərazi” adlandırmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi bu müqayisəni "yerinə düşməyən” adlandırmış və vurğulamışdı ki, Azərbaycan heç vaxt başqa bir dövlətin ərazi bütövlüyünü pozmayıb və heç bir aqressiv müharibə aparmayıb.

Medinski həmçinin Ukraynaya qarşı "Oreşnik” adlı raket zərbəsindən də danışıb və bunu guya Ukraynanın Rusiya sərnişin qatarını partlatmasına cavab tələbi ilə əsaslandırıb: "Təbii ki, bundan sonra vətəndaşlar tələb edir: "Oreşnik”lə Kiyevə, Lvova zərbə vurulsun, danışıqlar bəsdir. Bizim üçün bu məsələdə çox çətindir”, – deyə o bildirib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri