Icma.az
close
up
RU
Medinskinin sərsəmləməsi

Medinskinin sərsəmləməsi

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir neçə gün əvvəl "Russia Today" kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edərək fikirlər səsləndirib. O, Ukrayna müharibəsinin Qarabağda mövcud olmuş vəziyyətlə yanlış müqayisəsini aparıb, Qarabağ bölgəsini "mübahisəli" ərazi kimi təqdim edib.

Medinskinin bu açıqlamaları rəsmi Bakının kəskin reaksiyasına səbəb olub. Çünki Medinski sıradan bir şəxs deyil, Rusiya liderinin köməkçisidir. Onun bu cür təhrifedici, faktları təkzib edən fikirləri zərərlidir. İkincisi, Azərbaycan və Rusiya rəsmi müttəfiq dövlətlərdir. Bir ölkənin rəsmi şəxsinin müttəfiq dövlətə qarşı bilərəkdən belə qərəzli, şovinist mahiyyətli fikirlər səsləndirməsi qəbuledilməzdir. Digər tərəfdən, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ən yüksək səviyyədə bəyan edib. Nəhayət, Qarabağ heç vaxt mübahisə predmeti olmayıb. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıyıb və qəbul edib. Medinski isə özünün yanlış, qərəzli iddiaları ilə faktları danmağa çalışaraq, siyasi manipulyasiyaya əl atır.

Təəssüf ki, Rusiyada zaman-zaman müxtəlif şəxslər tərəfindən Azərbaycana münasibətdə oxşar mövqe sərgilənir. Təbii ki, həmin dairələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, regionda yaratdığı yeni reallıqları, Qafqazın güc dövlətinə çevrilməsini qəbul edə bilmirlər və belə dayaz iddialar da məhz bu səbəblərdən gündəmə atılır.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Putinin köməkçisinə kəskin cavab verərək, onu dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb:

"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur. Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır".

Bəyanatda Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməmək tövsiyə edilib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məsələyə münasibət bildirərək deyib ki, Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb.

Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib. Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və sosial mədəni xüsusiyyətlərdən danışıb.

Milli Məclisin deputatı Hikmət Baboğlu mövzu ilə bağlı "525"ə deyib ki, uzun çəkən Rusiya-Ukrayna müharibəsi Rusiyada millətçi əhval-ruhiyyəni daha da yüksəldir: "Beləliklə, "velikorus şovinizmi"nin cəmiyyət təzahürləri ilə üz-üzə qalmaqda oluruq".

Onun sözlərinə görə, yaranmış ekstremal vəziyyət bəzi rus siyasətçilərini düşüncələrində olan məsələləri dilə gətirməyə vadar edir: "Medinskinin uğursuz Ukrayna-Qarabağ müqayisəsi də bu kontekstdə qiymətləndirilməlidir. Amma bu o demək deyil ki, qeyd edilən sadəcə birdən-birə baş verən uğursuz bir açıqlamadır. Bu cür açıqlama və belə müqayisə əslində rus şovinist dairələrinin Qarabağa münasibətdə yaranmış yeni reallığın, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmədiklərinin göstəricisidir. Məsələnin ən pis tərəfi ondan ibarətdir ki, bu cür açıqlamalarla həmin dairələr hələ də həsədlə Qarabağın arxasınca baxmaqda davam edirlər və çox böyük həsədlə yenə də Ermənistan və Azərbaycan arasında nəzarət üçün açar olan bu vasitəni itirməklərinə təəssüf edirlər. Eyni zamanda, bu cür açıqlamalar əslində həm də fürsət düşdükdə yenidən Qarabağ mövzusunu gündəmə gətirmək niyyətlərinin ifadəsidir. Bu mənada belə açıqlamalar təkcə Medinskinin deyil, Rusiyadakı radikal şovinist mərkəzlərin ümumi ortaq fikridir və bu, çox qorxuludur. Buna görə də bu cür bəyanatlar açıq şəkildə və çox sərt şəkildə Azərbaycanın xarici siyasət idarəsi tərəfindən qınandı və ümid edirik ki, bir də belə açıqlamalar olmayacaq".

H.Babaoğlu əlavə edib ki, dərhal sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiyanın mövqeyini rəsmi şəkildə səsləndirməsi və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını bildirməsi əlbəttə ki, təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir: "Əslində Zaxarova və bütün rus rəsmiləri dəfələrlə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını ən ali səviyyədə ifadə ediblər. Ona görə də düşünürəm ki, Medinskinin uğursuz açıqlaması Mariya Zaxarovanın Rusiyanın mövqeyini yenidən səsləndirməyə vadar etdi".

Politoloq Elxan Şahinoğlu isə prezidentin köməkçisi Vladimir Medinskinin sözlərindən sitat gətirərək bildirib: "O, "Russia Today" kanalına müsahibəsində deyib ki, "Əgər Rusiya-Ukrayna cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə olaraq hansısa atəşkəs bağlanılarsa, bu, - bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ kimi - bu zaman bu bölgə nəhəng Qarabağa çevriləcək". Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbass Qarabağ kimi "mübahisəli əraziyə" çevriləcək. Bu baş verməsin deyə Kreml Ukraynada məsələni "köklü" həll etmək istəyir. Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur. İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib. Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbass arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs də onun kimi düşünür, sadəcə Azərbaycan Ordusunun qələbəsi Kreml sahibinə reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri