Medvedev 1941 1944 cü illərin xəritəsini açdı: Bu ölkəyə xəbərdarlıq etdi
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya prezidenti Aleksandr Stubbın SSRİ üzərindəki qələbə ilə bağlı bəyanatına reaksiya verib.
News24.az xəbər verir ki, Medvedev “X” sosial şəbəkəsində yazaraq Stubbın sözlərinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə gələcək qələbəsini necə izah etməyə çalışdığını göstərdiyini bildirib.
O, paylaşımına 1941–1944-cü illər Sovet–Finlandiya müharibəsinin nəticələrini əks etdirən xəritə də əlavə edib və istehza ilə qeyd edib:
“Məncə, bu qələbələr Finlandiyanın itirdiyi ərazilərin xəritəsində aydın görünür”.
Xatırladaq ki, Aleksandr Stubb daha əvvəl SSRİ ilə müharibədə Finlandiyanın müstəqilliyini qoruyub saxlamağı qalibiyyət kimi dəyərləndirmişdi. Onun fikrincə, Ukraynanın bugünkü vəziyyəti də 1944-cü ildə “xarabalığa çevrilmiş, yoxsul və dəstəksiz” Baltikyanı ölkələrin durumundan daha yaxşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Sentyabr 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















