İran bu ölkəyə xəbərdarlıq etdi
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasına dəstək verməməyə çağıraraq rəsmi Sofiyaya sərt mesaj göndərib.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə telefon danışığında bildirib.
O qeyd edib ki, “Bezmer” aviabazasının ABŞ hərbi təyyarələrinin istifadəsinə verilməsi Tehrana qarşı mümkün əməliyyatlarda iştirak kimi qiymətləndirilə bilər.
Əraqçi vurğulayıb ki, belə bir addım regiondakı gərginliyi daha da artıracaq və İran tərəfindən ciddi qəbul ediləcək.
Qeyd edək ki, ötən həftə Bolqarıstan parlamenti ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səkkizədək KC-135 yanacaq dolduran tanker təyyarəsinin və 250-yə qədər amerikalı hərbçinin ölkədə müvəqqəti yerləşdirilməsinə razılıq verib. Bolqarıstan rəsmiləri isə bəyan ediblər ki, bu qüvvələrdən hücum məqsədilə istifadə olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 İyul 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















