Medvedev Avropa İttifaqını yenə hədələdi “Rusiya bunu müharibəyə əsas kimi qiymətləndirəcək”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrinə kəskin reaksiya verib.
O, Aİ-nin belə bir addım atacağı təqdirdə bunun Rusiya üçün “casus belli” - yəni müharibə üçün əsas kimi qiymətləndirilə bilinəcəyini bildirib.
Medvedevin sözlərinə görə, əgər Brüssel “reparasiya krediti” adı altında Moskvanın aktivlərini mənimsəməyə qərar verərsə, bunun nəticələri Aİ üçün “tamamilə fərqli” olacaq. O bildirib ki, belə bir addım beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və Moskva bunu cavabsız qoymayacaq.
Rusiya rəsmisi əlavə edib ki, əgər Aİ Rusiya vəsaitlərini qanunsuz şəkildə götürərsə, gələcəkdə bu pulları geri qaytarmaq məcburiyyətində qalacaq: “Bəlkə də həmin vəsaitləri sonra məhkəmədə deyil, Rusiyanın düşmənləri tərəfindən ödəniləcək real reparasiyalar şəklində geri almağa məcbur olacaqlar”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı hazırda dondurulmuş Rusiya aktivlərinin gəlirlərinin, eləcə də müəyyən hissəsinin Ukraynanın bərpasına yönəldilməsi imkanlarını müzakirə edir. Moskva isə bunu “oğurluq” və “müsadirə” adlandıraraq sərt mövqeyini nümayiş etdirir.
“AzPolitika.info”
Baxış sayı:55
Bu xəbər 04 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















