Icma.az
close
up
RU
Qətər Avropa İttifaqını hədələdi

Qətər Avropa İttifaqını hədələdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətərin energetika naziri Saad əl-Kaabi "Financial Times"a (FT) bildirib ki, Aİ ölkələri istixana qazları emissiyaları, əmək və insan hüquqları tələblərinə əməl etməyən şirkətlərə cərimələr tətbiq edən yeni qanuna əməl etsələr, Qətər Avropa İttifaqına qaz tədarükünü dayandıra bilər.

FT qeyd edir ki, 2027-ci ildə qüvvəyə minəcək qanuna əsasən, Aİ ölkələri şirkətlərə şirkətin ümumi illik gəlirinin 5%-i həcmində cərimələr tətbiq edə bilər. 2024-cü ilin may ayında təsdiq edilmiş qanunvericilik 2050-ci ilə qədər təmiz istixana qazı emissiyalarına nail olmaq məqsədinin bir hissəsidir. 

“Avropaya daşınma zamanı qazancın 5%-ni itirsəm, oraya göndərməyəcəyəm... Blef etmirəm. QatarEnergy-nin gəlirinin 5%-i Qətər dövlətinin gəlirinin 5%-ni təşkil edir. Bu, insanların puludur, ona görə də mən o pulu itirə bilmərəm. Və heç kim bu cür pulun itirilməsi ilə barışa bilməz”, – QatarEnergy milli neft və qaz şirkətinin baş icraçı direktoru əl-Kaabi deyib.

O, bütün QatarEnergy təchizatçılarının əmək qanunlarına uyğunluğunu yoxlamağın son dərəcə çətin olduğunu vurğulayıb. Üstəlik, QatarEnergy-nin ixtisaslaşmasını nəzərə alsaq, şirkət Aİ-nin xalis sıfır istixana qazı emissiyaları hədəflərinə cavab verə bilməz. “Bizə qarşı cərimələrin kəsilməsinə dözməyəcəyəm. Mən Avropaya qaz göndərməyi dayandıracağam”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni qanun Qətərin Aİ-yə gübrə və neft-kimya məhsulları tədarükünə, həmçinin Qətər Suveren Fondunun investisiyalarına da təsir göstərə bilər.

Eyni zamanda, Qətərin Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, şirkət mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə müqavilələrə xitam verməyəcək. O əlavə edib ki, əgər cərimələr şirkətin bütün gəlirlərinə deyil, yalnız Avropaya aid olan hissəsinə təsir edərsə, güzəştə getmək üçün yer var.

FT xatırladır ki, Qətər dünyada LNG-nin əsas ixracatçılarından biridir və bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropa üçün getdikcə əhəmiyyət kəsb edir. Əvvəllər QatarEnergy Almaniya, Fransa, İtaliya və Hollandiya ilə LNG tədarükü üçün uzunmüddətli müqavilələr bağlayıb.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri