Medvedev rusiyalı gəncləri təhqir etdi
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədəki proseslərə münasibətdə hakimiyyətin mövqeyini bölüşməyən bəzi gəncləri sərt ifadələrlə tənqid edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Medvedev çıxışında ölkənin “çox mürəkkəb, dramatik dövr” yaşadığını bildirib. O, gənclər arasında vətəndaş mövqeyi ilə bağlı onu təəccübləndirən şəxslərin olduğunu deyib.
Siyasətçi belə gənclərin bir çoxunda “beyinlə bağlı problemlər” olduğunu iddia edib və onları “axmaqlar” adlandırıb.
Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, çox sayda gənc xarici amillərin təsiri altına düşür, “qəpik-quruş pullara və vədlərə uyur” və ölkədə, eləcə də dünyada baş verən hadisələrlə bağlı müxalif mövqelərini öz çevrələrində nümayiş etdirirlər.
Baxış sayı:93
Bu xəbər 13 Avqust 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















