Icma.az
close
up
RU
Medvedevin oğlu silah sənayesində çalışır Üç ildir “Rostex”də vəzifə tutur

Medvedevin oğlu silah sənayesində çalışır Üç ildir “Rostex”də vəzifə tutur

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin oğlu İlya Medvedev artıq təxminən üç ildir dövlət silah sənayesi korporasiyası “Rostex”də çalışır. Bu barədə “Sistema” araşdırma layihəsi məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, bu ilin əvvəlində 30 yaşını tamamlayan İlya Medvedev 2022-ci ilin oktyabrından “Rostex”in törəmə şirkəti olan “RT-Biznesin İnkişafı”nda baş direktorun müşaviri vəzifəsində çalışır. Şirkət əsasən investisiya fəaliyyəti və qeyri-əsas aktivlərin idarə edilməsi ilə məşğuldur. Sızan vergi xidməti məlumatlarına əsasən, onun aylıq gəliri təxminən 270 min rubl (3400 ABŞ dolları) təşkil edir.

“RT-Biznesin İnkişafı” şirkəti qızıl və mis hasilatı, titan istehsalı, telekommunikasiya və İT sahələrinə sərmayə yatırır. İlya Medvedev fəaliyyətinə “Rostex” rəhbəri Sergey Çemezova yaxınlığı ilə tanınan Aleksandr Nazarovun rəhbərliyi altında başlayıb. Daha sonra şirkətə Aleksey Kuxtarev rəhbərlik edib.

İlya Medvedevin “Rostex”də çalışması rəsmi şəkildə açıqlanmayıb. Atası Dmitri Medvedev hökumətdə işlədiyi dövrdə bu korporasiyaya nəzarət edən şəxslərdən biri olub. Onun əlaqəli fondu da “Rostex”in tərəfdaşı kimi çıxış edir.

“Rostex”ə gəlməzdən əvvəl İlya Medvedev iş adamı Əlişer Usmanova yaxınlığı ilə tanınan VK holdinqində və “Kryptonit” şirkətinin investisiya bölməsində fəaliyyət göstərib. Usmanov isə Medvedev ailəsi ilə əlaqəsini inkar edib və İlyanın karyerasının onun təsiri ilə bağlı iddiaları “qərəzli” adlandırıb.

“Rostex” və “RT-Biznesin İnkişafı” şirkətləri isə İlya Medvedevlə bağlı sorğulara cavab verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri