Icma.az
close
up
RU
İspaniya “Rostex” rəhbərliyini çirkli pulla yaxaladı

İspaniya “Rostex” rəhbərliyini çirkli pulla yaxaladı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın İqtisadi və Vergi Cinayətləri ilə Mübarizə Mərkəzi İdarəsi (UDEF) “Rostex”in birinci müavini Vladimir Artyakovun ailə üzvləri vasitəsilə 16 milyon avronu leqallaşdıraraq Kosta-Bravada “lüks villa” və digər daşınmaz əmlaklar aldığını ortaya çıxarıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiyanın müxalif telegram kanalları məlumat yayıb.

Araşdırmaya görə, Artyakov 97 yaşlı qayınanası Anna Kurepinanın adına 14 milyon avroluq 8 daşınmaz obyekti, “Porsche Cayenne” və digər avtomobili rəsmiləşdirib. Daha sonra əmlakların sahibi onun oğlu Dmitri Artyakov olub.

İstintaq həmçinin “Troika Landromat” adlı iri miqyaslı ofşor şəbəkə ilə əlaqəli “Dino Capital SA” və “Digimarket Holdings Limited” şirkətlərinin bu sxemdə rol oynadığını aşkarlayıb.

Sxemdə Artyakovun qızı Tatyana və “Rostex”ə daxil olan “Avia Capital-Service” şirkətinin direktorunun bacısı Mariya Baer Paxomova da yer alıb. Onun üzərində Sergey Çemezova (“Rostex” rəhbəri) aid investisiya sənədləri və 110 min avro aşkarlanıb.

İstintaq materiallarında Çemezovun qohumlarının S’Agaro Veldə bazar dəyərindən aşağı qiymətə villa alması ilə bağlı oxşar sxem də qeyd olunub. Qalan vəsait alınan obyektlərin təmiri və Artyakovun adına sığorta polisinin ödənişinə sərf olunub.

İyul ayında keçirilən axtarışlarda 220 min avro nağd pul və Lexus 350 markalı avtomobil tapılıb.

Prokurorluq Dmitri Artyakovun 1 milyon avro girov qarşılığında həbsini tələb edib və əməliyyatın əsas təşkilatçısı kimi Vladimir Artyakovun adını çəkib.

İş ümumi dəyəri 35 milyon avro olan çirkli pulların yuyulması və Rusiya büdcəsindən “Hermitage Capital Management” fondu vasitəsilə 200 milyon avrodan çox vəsaitin mənimsənilməsi ilə bağlı geniş istintaq çərçivəsində aparılır.

Araşdırma “Troika Landromat” sızmaları əsasında “El Periódico”, “The Guardian”, “Süddeutsche Zeitung” və digər 20 media tərəfindən də təsdiqlənib. Bu sxem vasitəsilə Rusiyadan təxminən 8,8 milyard ABŞ dolları dəyərində vəsait ofşorlara çıxarılıb və leqallaşdırılıb.(Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Avqust 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri