Məğlubedilməz UFC döyüşçüsü: “Mən fantastik şəkildə çempion ola bilərəm”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Sərbəst güləş üzrə Olimpiya çempionu və məğlubedilməz UFC döyüşçüsü Qeybl Stivson MMA karyerasının əsas məqsədindən danışıb.
İdman.Biz xəbər verir ki, amerikalı idmançı tarixə ən ağır çəkidə çempion kimi düşmək niyyətindədir.
“Tarixin ən böyük ağır çəkilisi olmaq istəyirəm. Düşünürəm ki, bacarıqlarım, təfəkkürüm, keyfiyyətlərim və zəhmətim sayəsində buna nail ola bilərəm. Mən bu divizionda fantastik şəkildə çempion ola bilərəm. Əlbəttə, zaman göstərəcək. Ümid edirəm ki, zaman mənim tərəfimdə olacaq”, - deyə Stivsonun sözlərini “MMAJunkie” sitat gətirib.
Amerikalı döyüşçü həmçinin UFC-nin sabiq çempionu Con Consun ona dəstək olmasından danışıb.
“Con Cons da mənim bütün zamanların ən böyük ağır çəkilisi olmağımı istəyir. Biz onunla eyni dalğadayıq, uğura və böyüklüyə can atırıq. Məhz buna nail olmaq istəyirik”, - deyə Stivson əlavə edib.
Stivson sərbəst güləş üzrə 125 kq-a qədər çəki dərəcəsində “Tokio-2020”nin Olimpiya çempionudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 19 Sentyabr 2026 05:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















