Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 iyun, AZƏRTAC
Bakıda turnirə hazırlıq çox yaxşı gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıqov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
Yüngül çəkidə çıxış edən idmançı gələn həftənin bazar günü Bakıda olacağını bildirib: "Keçmiş döyüşlər haqqında düşünmürəm. Dekabr ayında məğlub oldum. Lakin bunu unudub, qarşıdakı döyüşlər barədə fikirləşirəm. Mən yalnız zirvə üçün çalışıram. Mateus Kamilodən hər cəhətdən üstünəm. Mənim təcrübəm daha çox olduğu üçün favoritəm. Özümü güclü hiss edirəm. Növbəti qələbə reytinqimə də təsirsiz ötüşməyəcək. Bakıda olan döyüşlərdə sürprizlər gözlənilir. Vətənimdə döyüşmək gözəl hissdir. Xalqımı doğma arenada sevindirmək möhtəşəm duyğudur".
N. Sadıqov braziliyalı rəqibi Mateus Kamilonun ilk raundda daha yaxşı təsir bağışladığını söyləyib: "Rəqibim fiziki cəhətdən güclüdür. Ayaq üstə döyüşməyi daha yaxşı bacarır. Amma məndən üstün cəhətlərinin olduğunu düşünmürəm".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 İyun 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















