Icma.az
close
up
RU
Məğlubiyyət birinci növbədə mənim günahımdır Yuri Vernidub

Məğlubiyyət birinci növbədə mənim günahımdır Yuri Vernidub

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Məğlubiyyət birinci növbədə mənim günahımdır" - Yuri Vernidub

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo"ya (Belarus) uduzduqları Bakıdakı ilk oyun (2:4) haqda danışıb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə "Meydanda sanki toplanışdan yeni geri qayıtmış yox, avrokuboklarda uzun yol qət edib, yorğun "Neftçi" görünürdü. Nəyə görə bu qədər yorğun görünürdünüz" sualını cavablandırıb: 

"İlk növbədə, sizi Milli Mətbuat günün münasibətilə təbrik edirəm. Bu suala cavab vermək mənim üçün çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstün olursa, 2 qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradılırdı ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Emil Balayevin çətin qrutarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi, dayandı. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub oyunu təhlil edəcəyik. Nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam".

Mütəxəssis avrokuboklardan kənarda qalacaqları halda belə, vəzifəsindən istefa verməyəcəyinə işarə edib: "(Gülür) Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. "Neftçi" tarixi klubdur. Mən birinci məğlubiyyətdən sonra "istefa verəcəksiniz?" deyilməsini, görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. "Dinamo" özü "Sielks"ə uduzdu, sonra qalib gəldi. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, istefa verirsiniz? Bu sualların verilməsi düzgün deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin".

Y.Vernidub azarkeşlərə də üz tutub: "Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki".

Baş məşqçi "Nəyə görə ilk 10 dəqiqədən sonra “Neftçi”də yarımmüdafiə xətti demək olar ki, yox idi? Klisman və Emin nə işə baxmalı idilər" sualını cavablayıb: "Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Yuxu alıb, ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 İyul 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri