Icma.az
close
up
RU
“Məğlubiyyətə layiq deyildik” Vernidub

“Məğlubiyyətə layiq deyildik” Vernidub

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məğlubiyyətə layiq deyildik” - Vernidub

“Nə vaxtsa, bir məğlubiyyət olmalı idi. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik, hətta udmaq belə, mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildi, biz isə edə bilmədik. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək”.

QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasıın 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

O, “Neftçi”nin yoluna davam etməli olduğunu bildirib: “İntensiv oyun getdi. O qədər qol epizodları yox idi. Amma oyunun özü intensiv keçdi. Bu mərhələni də keçməliyik. Uduzduq. Bunu da geridə qoymalı və yolumuza davam etməliyik. "Turan Tovuz" sadə komanda deyil. Ona görə 3-cü pillədədir. Biz onlardan heç nə də geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi”.

Ukraynalı mütəxəssis “Heyətiniz qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərlidir?” sualını belə cavablandırıb: “Dəfələrlə demişəm, bura gələndən hansı heyət var idisə, o da qalıb. Nə kimisə göndərmişik, cəmi bir nəfər transfer etmişik. Hər şey də bu heyətlə davam edəcək”.

“Neftçi”nin baş məşqçisi Tovuz klubu ilə görüşdə hər iki cinah müdafiəçilərinin olmamasının nəticəyə ciddi təsir göstərmədiyini söyləyib: “Ortiz zədə aldı və onu məcburiyyətdən dəyişdik. Bizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Bura oturmağa gəlməyiblər. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Yox. Onlar yaxşı oyunçulardır. İstəyim odur ki, hər matçdan sonra artırsınlar”.

Y.Vernidub bəzi futbolçuların oruc tutmalarının onların çıxışına təsir etdiyini vurğulayıb:  “Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalarda da eyni hal yaşanır. Onların dini etiqadlarını pozmağa özümdə haqq görmürəm. Bunun da öhdəsindən gələcəyik. "Turan Tovuz"da da belə bir şey var. Saat 8-də oyuna çıxmaq, 7-ə kimi yemək yeməmək...”

Mütəxəssis heç vaxt sələfləri barədə danışmağını qeyd edib: “Mənə qədər burada bir baş məşqçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, xeyr, bunu heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub”.

Vernidub "Neftçi"nin "Qarabağ"la təxirə salınmış matçının mayda keçirilmə ehtimalına da toxunub: “Bu qərarı nə mən, nə də "Qarabağ" verir. Bildiyim qədərilə, PFL verir. Bizə nə vaxt deyilsə, oynamağa hazırıq. Bizə hansısa tarix deyilsə, öz təklifimizi deyəcəyik. Bildiyim qədərilə hər iki komanda tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. Mənim üçün çox maraqlı oyundur. Güclü komandaya qarşı oynamaq maraqlıdır. "Turan Tovuz" çox güclü komandadır, 3-cü yerdədir. Futbolçulara dedim ki, özümüzü yoxlayaq ki, o mərhələyə gəlmək üçün nələr edək. Həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda qalib gəlməyə çalışacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri