Icma.az
close
up
RU
Azər Həşimov: Məğlubiyyətə layiq deyildik

Azər Həşimov: Məğlubiyyətə layiq deyildik

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının IX turunun "Karvan-Yevlax" - "Turan Tovuz" matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Oyuna hazırlaşmaq üçün 4 gün vaxtımız oldu. Biz hesabda öndə olduğumuz vaxt rəqibin heç bir qol imkanı olmadı. Futbolda belə hallar olur ki, yaxşı oynayırsan, amma məğlub olursan. Sevindirici haldır ki, bu gün kapitanımız Araz Abdullayev meydana çıxdı. Bəhanələr gətirməyi xoşlamıram. 14 il sonra "Karvan-Yevlax" yenidən Premyer Liqadadır. Qarşıda çox oyunlar var. Öz işimizi vicdanla, ləyaqətlə görürük, əlimizdə olan imkanlara uyğun iş görməyə çalışırıq. Bu gün komanda əzmkar futbol oynadı. Onlara təşəkkür edirəm. Məğlubiyyətə layiq olmadığımız halda uduzduq. Daha yaxşısını etməyə çalışacağıq. Fərdi keyfiyyətlər öz sözünü deyir. Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz. "Karvan-Yevlax"ın Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik".

- Məğlubiyyətə görə səhv kimdədir? 
- İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur.

- Qapıçı Kamran İbrahimovun əvəzlənməsinin səbəbi nə idi? 
- Kamran ilk hissədən sonra özünü yaxşı hiss etmirdi, ona görə də dəyişiklik etdik. Əmrah Bulud da deyərdim ki, onu layiqincə əvəzlədi.

- Üstünlüyü əldən verməyinizi necə izah edərdiniz? 
- Sadəcə, ola bilər ki, hesabda 1:0 öndə olanda bir az arxayınlıq oldu. Mən də istərdim ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olaq.

- Uğursuz nəticələrdən sonra istefaya göndəriləcəyinizlə bağlı narahatlığınız yoxdur? 
- Məşqçinin işi elədir ki, hardasa bir axsama görür və dəyişiklik etmirsə, deməli, o, iş görmür. Bəhanə kimi demək istəmirəm, yeni komandayıq. Bacardığımız qədər ən yaxşısını etməyə çalışacağıq. Rəhbərlik tərəfindən də dəstək var. Sadəcə olaraq, şərait baxımından gözləyirdik ki, öz meydanımızda, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Amma bu məsələ hələ də öz həllini tapmır. Bu amil də nəticələrimizdə müəyyən qədər təsirini göstərir.

"Kəpəz" - "İmişli": HEYƏTLƏR Yığmamız Qazaxıstanla qarşılaşacaq Flavinyo küskündü: “Neftçi” ilə danışmışdıq ki..." Mikel Alvaro: “Qarabağ” komanda olaraq böyük uğura imza atıb” De Bleker hakimin tərəfini tutdu, “düzgün qərardır” dedi - VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri