Icma.az
close
up
RU
Mehdi Cənnətov: Pasportum AFFA dadır, vaxtı da bitməyib MÜSAHİBƏ

Mehdi Cənnətov: Pasportum AFFA dadır, vaxtı da bitməyib MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt" komandasının qapıçısı Mehdi Cənnətovun evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra Sportnet.az-a müsahibəsi

- İki qələbədən sonra heç-heçə etdiniz. Oyunu necə şərh edərdiniz?

- Prinsipcə, ağır oyun alındı. Hər iki komandanın qol vurmaq üçün yaxşı imkanları oldu. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Meydandan "sülh"lə ayrıldıq. İşləməyə davam edəcək və növbəti oyuna hazırlaşacağıq.

- Komandanız çempionatda 3 turdan sonra 7 xalla liderdir, özünüz ilk qolu bu gün buraxdınız. Amma İslandiya və Ukraynaya qarşı dünya çempionatının seçmə qrup oyunları üçün Azərbaycan millisinə dəvət almamısınız. Baş məşqçi Fernandu Santuşun bu qərarını necə qarşıladınız?

- Öz oyunumuza adi qaydada hazırlaşır, milli barədə düşünmürdüm. İlk növbədə, bütün fikirlərim "Şamaxı"ya qarşı oyunda idi. Yığmanın baş məşqçisi qərarını şərh edib. Mənim əlavə edəcək sözüm yoxdur. Bu situasiyada həmyerlilərimə qarşıdakı oyunlarda yalnız uğurlar və bizi sevindirmələrini arzulaya bilərəm.

- Santus sizin pasportla bağlı probleminizin olduğunu açıqlayıb. Doğrudanmı belə probleminiz var?

- Açığı, bunu şərh etmək mənim üçün çətindir. Buna görə də şərhsiz keçinirəm. Ən yaxşısı, gərək vəziyyəti öyrənim.

- Deməli, millinin baş məşqçisi düzgün açıqlama verməyib...

- Mən bilmirəm. Bu barədə şərh verə bilmərəm.

- Sizin sənədlə bağlı probleminiz varmı?

- Bu barədə eşitməmişəm.

- Düşünmürsünüzmü ki, milliyə çağırılanların siyahısı hələ Premyer Liqa start götürməmişdən hazırlanıb?

- Kimin millidə olacağına baş məşqçi qərar verir. O, çempionatı izləyir, yəqin ki, kimi çağırmağın gərəkliyini, kimin faydalı olacağını görür, bilir. Buna görə də milliyə yalnız uğurlar arzulaya bilərəm.

- AFFA məsələni belə şərh edib ki, adınız ilkin siyahıda olmayıb, sonradan çağırılmaq istədikdə isə viza almağa vaxt çatmayıb. Ümumiyyətlə, sizə milli assosiasiyadan müraciət olubmu?

- Mənim pasportum AFFA-dadır. Qalan məsələləri bilmirəm. Ola bilsin, həqiqətən də çatdıra bilməyiblər. Mən bunu öyrənə bilmərəm. Ona görə də şərhim yoxdur.

- Xarici pasportunuzun vaxtı bitməyib?

- Yəqin ki, yox (gülür - red.).

- Milliyə çağırılan qapıçılardan Şahrudin Məhəmmədəliyevin oyun praktikası azdır, Aydın Bayramov və Rza Cəfərov isə klublarında oynamırlar. Belə qapıçı heyəti ilə nəyə ümid etmək olar?

- Hesab edirəm ki, hər üçü Azərbaycan millisində oynamağa layiqdir.

- Lakin Santuş oyun praktikası olmayanları yığmaya çağırmayacağını bildirib...

- Bunu şərh etmək mənim üçün çətindir. Özü daha yaxşı bilir, görür. Köməkçiləri bu mənada ona yardımçı olurlar. Milliyə çağırılanlar problemsiz oynaya biləcəklər.

- Milli fasilə "Sumqayıt"a necə təsir edə bilər?

- Ümidvaram ki, təsiri yaxşılığa doğru olacaq. Çünki bütün komanda təlim-məşq toplanışında olacaq. Birlikdə kifayət qədər məşq edəcək, səfərdə "İmişli"yə qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq. Fikrimcə, xeyrimizə olmalıdır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Avqust 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri