Icma.az
close
up
RU
Rəhbər şəxslər fikirlərini bildiriblər, onları dəstəkləyirəm Mehdi Cənnətov

Rəhbər şəxslər fikirlərini bildiriblər, onları dəstəkləyirəm Mehdi Cənnətov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun QOL.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la qolsuz bərabərə qaldınız. Görüşü necə şərh edərdiniz?

- Kubokun 1/4 finalı 2 matçdan ibarətdir. Səfərdə “Sabah”la qolsuz bərabərə qalmaq pis nəticə deyil. Lakin qarşıda hələ cavab oyunu var. Həmin matça ciddi hazırlaşmaq lazımdır.

- Şansları necə dəyərləndirirsiniz?

- Şanslar 50-nin 50-yədir. Çünki hələ heç nə məlum deyil. Düzdür, ilk oyunu “Sabah” öz meydanında keçirirdi və bu, onlar üçün üstünlük hesab edilirdi. Lakin cavab matçında hər şey ola bilər.

- Demək olar ki, ölkə kuboku “Sumqayıt” üçün avrokuboklara yollanmaq baxımından son şansdır?

- Bəli, hazırkı məqamda bizim üçün avrokuboklara gedən ən yaxın yol kubokdur. Elə etmək lazımdır ki, uğur qazanaq. Ancaq hazırda mövsümün sonunu düşünmürük. İlk hədəf yarımfinala adlamaqdır.

- “Sumqayıt” son 6 rəsmi matçda nə qol vura bilib, nə də qalib gəlib. Bu, nə ilə əlaqədardır?

- Düşünürəm ki, qarşıdakı matçlarda qollarımız gələcək. Məşqlərdə daha çox çalışmaq lazımdır. Tezliklə vəziyyəti dəyişəcəyik.

- Həm də 3 matçdır ki, siz də qapınızı toxunulmaz saxlayırsınız...

- Eyni zamanda qapımızı da toxunulmaz saxlayırıqsa, bu, müsbət haldır. İnanıram ki, qarşıdakı matçlarda qollar da gələcək, qələbələr də.

- “Sabah”la matçın sonlarında rəqib futbolçu Pavol Safranko ilə aranızda mübahisə yarandı. Nə baş vermişdi?

- Anlaşılmazlıq idi. Normal qaydada yoluna qoyduq. Qorxulu heç nə yoxdur.

- Qarşıdan “Şamaxı” ilə çempionat oyunu gəlir. Həmin matçdan gözləntiləriniz nədir?

- İlk növbədə bərpa olmaq lazımdır. Bizdən fərqli olaraq rəqibin daha çox vaxtı var. Bizim isə kubok oyununa görə zamanımız azdır. Lakin hazırlaşacağıq. Məşqçilər heyəti rəqibin oyununu analiz edəcək və bizə lazımi tapşırıqları verəcəklər.

- Siz həm də Azərbaycan millisinin qapıçısısınız. Necə düşünürsünüz, legioner limitinin ləğvi sırf qapı xətti baxımından Azərbaycan milli komandasına hansı problemlər yaradacaq?

- Bu, elə çətin sualdır ki... Çünki rəhbər şəxslər fikirlərini bildiriblər. Mən də bu planda onları dəstəkləyirəm. Azərbaycan gənc qapıçılar var və kifayət qədər güclüdürlər. Mən qərarla bağlı bir söz deyə bilmərəm. Yalnız onu söyləyirəm ki, yaxşı qapıçılar var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri