Mehdiabad Binəqədi ilə “28 May” metrostansiyasını əlaqələndirən tramvay xətti çəkiləcək
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur”.
Pravda.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Sədr bildirib ki, bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub: ““Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

VAZ 2107 Mehdiabad Binəqədi yolunda qəzaya düşdü, yoldan çıxdı
28 Fevral 2025 10:12
“Sea Breeze”ə tramvay xətti ÇƏKİLƏCƏK
28 Yanvar 2025 18:31
Yeni çəkiləcək tramvay xətti nəqliyyatdakı sıxlığı aradan qaldıra bilərmi?
10 Yanvar 2025 16:27
“Sea Breeze”dən Pirşağıya tramvay xətti bu tarixdə çəkiləcək
30 Yanvar 2025 21:04
Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək
28 Yanvar 2025 18:33

