Icma.az
close
up
RU
Mehdiyev ailəsinin “baş kassiri” kimdir? Köhnə elitanın maliyyə şəbəkəsinin iç üzü

Mehdiyev ailəsinin “baş kassiri” kimdir? Köhnə elitanın maliyyə şəbəkəsinin iç üzü

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanın uzun illər ən güclü köhnə elitasını formalaşdıran Ramiz Mehdiyev təkcə administrasiyada deyil, maliyyə sektorunda da ailə-nəsil modeli ilə özünə güc infrastrukturu qurmuşdu.
 

Ramiz Mehdiyevin həbsi yalnız siyasi fiqurun məsuliyyətə cəlb olunması deyil, onun illərlə qurduğu ailədaxili maliyyə şəbəkəsinin də üzə çıxmasına səbəb oldu. Köhnə sistemin klassik mexanizmi olan “qohumlar vasitəsilə nəzarət” Mehdiyevlərin də siyasi immunitetinin açarı idi.


Bu şəbəkənin mərkəzində isə uzun illərdir ictimaiyyətə “bankir” obrazı ilə təqdim edilən, əslində isə ailənin maliyyə nəzarətçisi kimi çıxış edən şəxs – Rza İsmayıl oğlu Sadiq dayanır.
Bizim.MediaSfera.az”a istinadən xəbər verir ki, rəsmi sənədlərə görə, Rza Sadiq “Bank BTB”nin Müşahidə Şurasının sədridir və 19 faiz paya sahibdir.
Lakin bu rəqəmlər sadəcə formal görüntüdür. Bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini, Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan Nigar Mehdiyevadır.
O, bank səhmlərinin 74,98 faizinə sahibdir.
Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur.
İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.
Bu, klan idarəçiliyinin klassik modelidir: resurs ailədən kənara çıxmır, amma formal görünüşdə biznes kimi təqdim edilir.

Rza Sadiqin rəsmi bioqrafiyası “uğur hekayəsi” kimi təqdim olunur, xaricdə MBA təhsili, beynəlxalq bankda baş mütəxəssis kimi fəaliyyət, ardınca özəl sektorda “sürətli yüksəliş” və s. Amma gerçək mənzərə tam fərqlidir. O, nə təsadüfən seçilmiş menecerdir, nə də bazarda rəqabətlə formalaşmış maliyyəçi.
O, Ramiz Mehdiyevin qudasının oğludur və illərlə Mehdiyev ailəsinin yığdığı kapitalın əsas müdafiəçisi, daşıyıcısı və idarəedicisi kimi çıxış edib.
Başqa sözlə, bank sisteminin arxasında siyasi ailənin şəxsi kassir mexanizmi dayanır.
“Bank BTB”nin 2010-cu ildə yaradılması da təsadüfi deyildi. Bu dövr Ramiz Mehdiyevin hakimiyyət daxilində ən güclü olduğu zamanlara təsadüf edir.
Bank heç vaxt açıq bazar iqtisadi modelinə uyğun fəaliyyət göstərməyib, nə kütləvi müştəri auditoriyası formalaşdırılıb, nə də real rəqabət strategiyası qurulub. Çünki məqsəd bankçılıq deyildi, məqsəd ailənin kapitalını sistem içində qorumaq və yönləndirmək idi.
Bu gün ən mühüm sual budur: Ramiz Mehdiyevin kapitalı, talamaqla topladığı sərvət haraya daşınıb və kimlərin nəzarətindədir?
Bu sualın cavabı ailənin maliyyə arteriyasının mərkəzində duran Rza Sadıqın rolunu daha aydın göstərir. Onun adı məmur karyerası ilə deyil, ailənin böyük pullarının hərəkət trayektoriyası ilə bağlıdır. Bu səbəbdən də Mehdiyevin həbsi təkcə siyasi məsələ kimi yox, həm də kapital şəbəkəsinin açılmasına gedən ilk mərhələ kimi dəyərləndirilir.
Əgər Ramiz Mehdiyev illərlə siyasi “beyin” idisə, onun pullarını qoruyan və yönləndirən “əl” – Rza Sadiq idi.
Bu şəbəkənin tam açılması üçün indi növbəti mərhələ məhz həmin kapitalın izinə düşmək olacaq. Çünki siyasi toxunulmazlıq bitəndə iqtisadi toxunulmazlıq da uzun müddət davam edə bilməz.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri