Icma.az
close
up
RU
Deputat: “Ramiz Mehdiyev və onun şəbəkəsinin əməllərinə…”

Deputat: “Ramiz Mehdiyev və onun şəbəkəsinin əməllərinə…”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son günlər Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin vətənə xəyanət və dövlət çevrilişinə cəhd ittihamı ilə ifşa olunması, habelə onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub”. 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətkar addımlardan gedir: 

“Kimliyindən, keçmiş və ya hazırki səlahiyyətlərindən asılı olmayaraq, dövlətə xəyanət edən hər kəs qanun qarşısında cavab verməlidir. Bu, dövlətimizin təməl, hüququn aliliyinin ən fundamental prinsipidir.

Vurğulanması vacib olan məqamlardan biri də odur ki, hətta mövcud vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə edən anti-milli qüvəllər sosial platformalarda söyüş, böhtan dolu ifadələr vasitəsilə ictimai rəyi manipulyasiya etməyə, təxribatlar törətməyə çalışırlar”. 

Millət vəkili son zamanlar sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin trollarının təhqir rəyləri ilə insanlara hücum etməsi barədə də danışıb:

“Bu tip davranışlar nə siyasi mövqe, nə də fikir azadlığıdır, əksinə avantüradır, xəyanəti ört-basdır etmək cəhdidir. Mövqeyimiz aydın və dəyişilməzdir.

Heç kimin şəxsi ambisiyası Azərbaycanın dövlət maraqlarından, suverenliyidən və milli təhlükəsizliyindən üstün ola bilməz. Ölkəmizin siyasi, iqtisadi və hərbi dayaqları o qədər möhkəm və güclüdür ki, hər hansı təxribat, troll şəbəkəsi, daxili və xarici sabotaj cəhdləri dövlətçiliyimizin dayaqlarını sarsıda bilməz”. 

Günay Ağamalı vurğulayıb ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyev və onun şəbəkəsinin əməllərinə obyektiv qiymət verəcək:

“Kimin kim olduğu, hansı niyyətlə hərəkət etdiyi tam şəkildə üzə çıxacaq. İstər xaricdə, istər daxildə olan, istər keçmişdə yüksək vəzifə daşıyan, istər özünü “müxalifət lideri” adlandıran Azərbaycan düşmənləri dövlətə xəyanət ediblərsə, məsuliyyətdən kənarda qalmayacaqlar”. 

Elmir 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri