Icma.az
close
up
RU
Mehdiyev işi : Eldar Mahmudov da həbs edilir? Vəkili danışdı

Mehdiyev işi : Eldar Mahmudov da həbs edilir? Vəkili danışdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib. 

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya danışan vəkil Cavid Rzazadə bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib.

Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: “Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı”.

Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.

Xatırladaq ki, İspaniyanın “Diario de Mallorca” nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri