Icma.az
close
up
RU
Eldar Mahmudov Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Eldar Mahmudov Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, iyunun 13-də Vəhdət Partiyası növbədənkənar qurultay keçirərək, təşkilatda rəhbərlik dəyişikliyi həyata keçirib. Partiyaya uzunmüddətli sədrlik edən Tahir Kərimli vəzifəsindən istefa verib və onun yerinə sədr müavini Adəm İsmayıl Bakuvi seçilib. Bu dəyişiklik isə ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub. Onu da bildirək ki, yeni sədrin şəxsi və peşəkar fəaliyyəti mediada geniş yer alıb. Son dövrlərdə politoloq, publisist, yazıçı və elmlər doktoru kimi tanınan A.İsmayılov 3 monoqrafiyanın, 20-yə yaxın elmi məqalənin və bir neçə romanın müəllifidir. Lakin onun fəaliyyəti yalnız akademik və publisistik sahələrlə məhdudlaşmır. Vəhdət Partiyasının yeni sədri ilə bağlı bir çox iddialar və qalmaqallar var ki, bunların başında da onun ad dəyişməsi gəlir. Belə ki, bu gün Adəm Bakuvi kimi cəmiyyətə tanıtdırılan şəxsin gerçək adı Aydəm İsmayılovur. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar isə daha ilginc məqamları ortaya çıxarır.

“Akula” Akif və Eldar Mahmudovla eyni çetedə

Keçmiş MTN-nin iş adamlarımızın başına gətirdiyi bütün oyunların içindən bu adam çıxır. Banklardan milyonlarla dollar alıb qaytarmaması məhkəmələr tərəfindən təsbit olunmasına, aldatdığı bir çox iş adamının ölkə rəhbərindən tutmuş hüquq mühafizə orqanlarına qədər müxtəlif instansiyalara müraciətlərinə, problemlərini mətbuat orqanlarında ictimailəşdirməsinə baxmayaraq, Aydəm İsmayılova “gözün üstə qaşın var” deyən olmayıb. Aydəm İsmayılov öz “mühafizə çətiri”ni yanında gəzdirmək üçün Eldar Mahmudovun “piyalə yoldaşı” “Akula” Akifə uzun müddət idarə etdiyi “Arena” ASC-də pulsuz ofis verir: “Arena” ASC-nin binasında yerləşən “EMPORİUM” oteldəki 101 saylı otaq Akula Akifin istifadəsində olmuşdur. Həmin otağın arxa tərəfə çıxışı olduğu üçün təhlükəsiz hesab edildiyindən, Aydəm İsamyılov və Akula Akif məhz bu otağı öz istifadələrində saxlamış, bütün görüşlərini burada keçirmiş və iş adamlarının başına birgə corab hörmüşlər.

Xoşagəlməz dedi-qodulara yol açan belə məlumatlardan biri iş adamı, MTK sədri N.Sadıqovun dövlət başçısına ünvanladığı və mətbuat orqanlarında dərc olunan müraciətidir. Həmin müraciətdə deyilir: “2010 cu ilin avqust ayında Bakı şəhəri Heydər Əliyev Prospekti 105, 195-ci məhəllədə 12 mərtəbəli binanın tikintisinə başladım. Aydəm İsmayılov bildirdi ki, Heydər Əliyev prospektində yuxarının razılığı olmadan heç kəs tikinti tikə bilməz. Aydəm İsmayılov bizdən tələb etdi ki, Mənzil Tikinti Kooperativinin 10 faizini Prezident Aparatının məsul şəxsinə, 20 faizini isə özü ilə yanaşı hörmətli generallardan birinə verilməlidir. Aydəmin dediyinə görə, həmin şəxslər dövlət adamları olduğu üçün şirkət payları onların adına olmaz və onların şəxsi nümayəndəsi kimi şirkətin 30 faizini öz adına, yəni Aydəmin adına sənədləşməsini bizdən tələb etdi”.

Ramiz Mehdiyevin çətiri altında

İsmayılov Mahmudovu itirdikdən sonra Mehdiyevə sığınıb. Cumhuriyyet.az olaraq dövri mətbuatda apardığımız qısa araşdırmalar onun “Green Park Azərbaycan” MMC-yə rəhbərlik etdiyini və keçmişdə Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçildiyini üzə çıxarıb. 2017-ci ildə A.İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə prezidentin qəzəbinə tuş gəlib. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi. “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi. Lakin o zaman Mehdiyev heç cür kömək edə bilməyib, İsmayılovu qoruya bilməyib. Mediada tirajlanan iddialara görə, A.İsmayılov R.Mehdiyevə xoş gəlmək üçün “Tri Korono”dakı binalardan ev bağışlayıb. Həmin mənzil həbsdən yeni çıxan Mehdiyevin kürəkəni İlham Əliyevin yaxınlarının birinin adına rəsmiləşdirilib.

Bu fonda isə Aydəm İsmayılovun siyasi partiya rəhbərliyinə gətirilməsi cəmiyyətdə ciddi suallar doğurur. A.İsmayılov sədr seçildiyi qurultaydakı çıxışında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə xüsusi şəkildə təriflər yağdırsa da bəzi siyasi şərhçilər bu təyinatı “boz kardinal” Ramiz Mehdiyevin siyasi nüfuzunu bərpa etmək cəhdi kimi qiymətləndirirlər. Yəni Vəhdət Partiyasındakı son dəyişikliklər sadəcə struktur dəyişikliyi deyil, eyni zamanda ölkə siyasətində köhnə nüfuz dairələrinin yenidən aktivləşməsi kimi də təhlil olunur. Sözügedən məsələdə Tahir Kərimlinin yerinə Ramiz Mehdiyevin adamının gətirilməsi isə adıçəkilən iddiaları genişləndirir.

Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri