Icma.az
close
up
RU
Mehdiyev işində mühüm detal ortaya çıxdı Yeni şübhəlilər var

Mehdiyev işində mühüm detal ortaya çıxdı Yeni şübhəlilər var

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Mehdiyevin barəsində çıxarılan həbs qərarının üzərindən artıq bir ay keçir. Bu müddət ərzində ölkədə çox ciddi proseslər baş verib, siyasi, iqtisadi və sosial müstəvilərdə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Cəmiyyətin müxtəlif təbəqələrində hərəkətlilik müşahidə olunub, bir çox hadisələr ölkə gündəmini silkələyib. Hakimiyyətə sadiqliyi ilə tanınan, həmçinin uzun illər hazırkı iqtidarın tərkibində yer almış bəzi sabiq nazirlərin Ramiz Mehdiyevin hazırladığı iddia edilən dövlət çevrilişi planında iştirakı barədə məlumatlar yayılıb. Mehdiyevin bu əməliyyatında 50 nəfərin iştirak etdiyi deyilir. Hələlik onlardan cəmi 2 nəfərin – AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylinin adları açıqlanıb. Bütün bu gərgin fonun içində isə hələ də nə rəsmi açıqlama, nə ittiham, nə də mövqe bildirilib.

Bu səssizlik nə vaxta qədər davam edəcək?

Globalinfo.az-a danışan Heydər Oğuz deyib ki, Ramiz Mehdiyevin törətdiyi iddia olunan cinayət əməlinin istintaqı sadəcə hüquqi məsələ deyil:

“Bu iş hansısa bir dövlətin Azərbaycanda dövlət çevrilişi hazırlaması ilə bağlı iddiaları da ehtiva etdiyinə görə istintaq zamanı geosiyasi proseslər nəzərə alınmalıdır. Çünki qarşımızda beynəlxalq hüquq tanımayan, region ölkələrindən nəsə uman Rusiya kimi bir nəhəng var. Kreml müstəqilliyini elan etmiş postsovet ölkələrinə belə, özünün “arxa bağçası” kimi baxır, onlardan imperiya dəyərlərinə hörmət gözləyir. Bir növ əhatə olunduğu coğrafiyaya özünün bufer zonası kimi baxır. Öz absurd maraqlarına uyğun olmayan addımların qarşısını zorla, hərbi yolla almağa çalışır. 4 ildir davam edən Ukrayna savaşı bu səbəbdən uzandıqca uzanır. Hətta müharibənin nə zaman bitəcəyini müəyyənləşdirmək olmur. Sözsüz ki, Azərbaycan da Ukrayna proseslərindən dərs almağa, şimal qonşusu ilə dil taparaq məsələləri yoluna qoymağa can atır. Moskvanın ölkəmizi hansı basqılara məruz qoyduğunu heç birimiz bilmirik. Ona görə də istintaqın nə vaxt bitəcəyini, kimlərin sorğulanmaya cəlb olunacağını demək çətindir”.

Heydər Oğuz

Siyasi şərhçi qeyd edib ki, sorğulanacaq insanlar arasında müxalif camiənin aparıcı üzvləri olacaq:

“Amma fikrimcə, “ağır çəkili” şübhəlilər hakimiyyətdə yer alanlar arasından çıxacaq. Çünki müxaliflərdən fərqli olaraq, iqtidarın müxtəlif postlarında əyləşənlər proseslərə daha çox təsir etmək, ölkəni qarışdırmaq imkanına malikdirlər. Əlbəttə ki, əgər dövlət çevrilişinə cəhddən söhbət gedirsə, biz növbəti hədəfləri də əsasən hakim komanda üzvlərindən gözləməliyik”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri