Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Mehdiyev müstəqil Azərbaycan dövlətinin idarəçilik tarixində qara bir ləkədir“ Sabiq maliyyə naziri

“Mehdiyev müstəqil Azərbaycan dövlətinin idarəçilik tarixində qara bir ləkədir“ Sabiq maliyyə naziri

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.

Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb.

Rusiya tərəfindən Mehdiyevin planının rədd edilməsi Moskvanın Cənubi Qafqaz siyasətində yeni mərhələyə keçdiyini göstərir, yoxsa bu, sadəcə, Azərbaycanla münasibətləri pozmamaq üçün atılmış taktiki addımdır?

Moderator.az-a danışan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, Azərbaycanla Ermənistan arasında bu ilin avqust ayının 8-də ABŞ-da sülh müqaviləsi paraflandıqdan sonra, Rusiya Cənubi Qafqazda mövqeyinin tamamilə itirmək təhlükəsi ilə üz-üzə qaldı:

“2018-ci ildə Ermənistanda Nikol Paşinyan başda olmaqla demokratik  qüvvələrin hakimiyyətə gəlməsindən sonra, Rusiyanın hakim dairələrində bir Cənubi Qafqaz əndişəsi yaranıb. Demokratik qüvvələrin hakimiyyətinin ilk illərində Rusiya Paşinyan hakimiyyətini də əvvəlki hakimiyyətlər kimi özünə tabe etdirə biləcəyini düşnürdü. Lakin zamanla Paşinyan Moskvaya anlatdı ki, o, hakimiyyətə bunun üçün gəlməyib. Hədəfi ölkəsini Rusiyanın caynağından qoparıb Qərbə aparmaqdır. Rusiya Nikol Paşinyanın məramını anladıqdan dərhal sonra onun hakimiyyətini devirmək üçün hərəkətə keçdi. Lakin bu illər ərzində Moskvanın Paşinyan hakimiyyətini devirmək yolunda bütün səyləri bir birinin ardınca uğursuzluğa düçar oldu. 

44 günlük ikinci Qarabağ müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistanda keçirilmiş seçkilər Moskvanı şok etdi. Erməni xalqı məğlub Ali baş komandan Paşinyanı yenidən özünə baş nazir seçdi. Bu arada Ermənistana qarşı hər hansı bir basqının mənasızlığını anlayan Moskva, Cənubi Qafqazda özünə dost hesab etdiyi Azərbaycanla əlaqələrinin möhkəmləndirməyə və bu yolla Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışdı. 44 günlük Qarabağ savaşında və bir günlük antiterror əməliyyatında Rusiyanın Qarabağdakı hərbi kontingentinin davranışları da bu dediklərimizin sübutudur. 2022-ci ilin fevral ayında Azərbaycanla strateji müttəfiqlik haqqında müqavilənin bağlanması da iki ölkə arasında münasibətləri daha ciddi bir müstəviyə keçirməyə hesablanmışdı. Lakin Rusiya bu yolu sona qədər qoruyub saxlaya bilmədi". 

Fikrət Yusifov qeyd edib ki, 2024-cü ilin dekabr ayının 25-də Rusiya səmasında Azərbaycanın Azal-a  məxsus təyyarənin Rusiyanın hərbi hava qüvvələri tərəfindən vurulmasını təkzib etdi və bununla da Azərbaycanla münasibətlərin gərginləşməsinə yol açdı:

“ Azərbaycan isə müstəqil dövlət olaraq sona qədər öz haqqını israrla tələb etdi. Və nəhayət Vaşinqton sülh müqaviləsindən sonra Rusiya onun Cənubi Qafqazdakı mövqelərinin necə sürətlə sonlandığının fərqində olmağa başladı və Azərbaycanla öz arsında yandırdığı körpüləri bərpa etməyə qalxdı. Biz Rusiyanın bunu necə etdiyini əyani şəkildə iki ölkə Prezidentlərinin Düşənbə görüşündə gördük.

Rusiya münasibətlərdə yaranmış bu gərginliyin aradan qaldırılmasının onun üçün nə qədər zəruri olduğunu nəhayət ki, anladı, Azərbaycandan üzr istədi, kompensasiyaların ödəniləcəyinə və günahkarların cəzalandırılacağına söz verdi və bütün bunları nə qədər səmimi etdiyini göstərmək üçün münasibətlərin gərgin dövründə bundan istifadə edərək Azərbaycanda hakimiyyəti devirmək istəyən Ramiz Mehdiyev kimi bir yaramazı ifşa etdi”.

“Rusiya bu addımı ilə göstərdi ki, o yaxşı anlayır ki, Azərbaycan hakimiyyətinin və onun Prezidentinin arxasında Azərbaycan xalqı dayanır, R.Mehdiyev kimiləri isə artıq işlənmiş, lazımsız əşya kimi tarixin zibilliyinə tullamaq olar. 

Rusiya yeni təməli Düşənbədə qoyulmuş münasibətləri qoruyub saxlayarsa, Azərbaycanla müstəqil bir dövlətlə olduğu kimi davranarsa, o, Cənubi Qafqazda sağlam əməkdaşlıq çərçivəsində yalnız iqtisadi maraqlarını reallaşdıra bilər.  

Ramiz Mehdiyevə gəlincə isə - Ramiz Mehdiyev müstəqil Azərbaycan  dövlətinin idarəçilik tarixində qara bir ləkədir. Bu ləkə silinib atılmalı və onun formalaşdırdığı ətraf da tam təmizlənməlidi. Onun özünün və ətrafında olanların bütün əmlakları əllərindən alınıb dövlətə qaytarılmalı, özləri isə ən ağır formada cəzalandırılmalıdılar”,- deyə Fikrət Yusifov qeyd edib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri