Icma.az
close
up
RU
Müharibə cinayətləri Ermənistanın tarixində qara ləkədir

Müharibə cinayətləri Ermənistanın tarixində qara ləkədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İşğalçı ölkə açıq savaşda uduzduqca beynəlxalq hüquq və humanitar dəyərləri hədəfə alırdı

2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın möhtəşəm Zəfəri ilə bərabər, həm də təcavüzkar Ermənistanın beynəlxalq hüquqazidd hərəkətlərinin, xüsusilə də mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin ifşası ilə tarix səhifəsinə yazıldı. Savaş dövründə işğalçının hərbi əməliyyatlar zonası ilə heç bir əlaqəsi olmayan yaşayış məntəqələrini hədəfə alması, qlobal humanitar hüququn elementar prinsiplərini belə ayaqlar altına atması beynəlxalq aləmə bəyan edildi.

Ermənistan savaşın elə ilk günlərindən başlayaraq ordumuz qarşısında gücsüzlüyünü anlayıb mülki əhaliyə qarşı müharibə cinayətləri törətməyə üstünlük verdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bu barədə fikirlərini diqqətə çatdırdı: “Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. İşğalçı yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrini yenə də atəşə tutur. Hər gün mülki əhali arasında itkilərimiz artır”.

Ermənistanın davam edən təxribatları barədə danışan dövlətimizin başçısı daha sonra bildirdi ki, dünən səhərə olan məlumata görə, bizim 10 mülki vətəndaşımız həlak olub. Bu gün (30 sentyabr, 2020-ci il) səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar… Budur, erməni faşizminin sifəti. Onlar döyüş meydanında qarşımızda dura bilmirlər, kəndləri, şəhərləri vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun”, – deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun.

Bəli, müharibənin ilk günlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüş meydanında uğursuzluğa düçar olduqca öz acizliyini gizlətmək üçün savaşı mülki əhaliyə qarşı yönəltdi. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına əsasən, yalnız sentyabrın 27-dən oktyabrın 8-dək olan dövrdə Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 31 nəfər mülki şəxs həlak oldu, 154 nəfər xəsarət aldı. Həmin müddətdə qəsbkar 928 fərdi evi, 133 mülki obyekti və 45 çoxmənzilli yaşayış binasını yararsız vəziyyətə saldı. Beləliklə, işğalçı tərəfindən Azərbaycan əhalisi qorxu altında saxlanılmaqla, dinc insanlar hədəfə alınmaqla terror Ermənistanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Ermənistan beynəlxalq hüququn “Müharibənin aparılması qaydaları”na dair norma və prinsiplərinə görə, hərbi əməliyyatlar zamanı mülki şəxslərin, eləcə də mülki obyektlərin hədəfə alınmasının qadağan edildiyini yaxşı bilirdi. Lakin buna baxmayaraq, işğalçı tərəfindən bu prinsip ardıcıl şəkildə pozularaq Gəncə, Bərdə, Mingəçevir, Tərtər və digər şəhərlər raket zərbələrinə məruz qoyulurdu. Bu hücumlar nəticəsində körpələr, qadınlar, yaşlı insanlar həlak oldu.

Xatırladaq ki, Ermənistanın hərbi əməliyyatlar zamanı həyata keçirdiyi bu terror aktları 1949-cu il tarixli “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” Cenevrə Konvensiyasının açıq şəkildə pozulması demək idi. Həmin Konvensiyanın əsas tələblərinə görə, müharibə şəraitində olan tərəflər mülki əhaliyə, onun yaşadığı ərazilərə, yaşayış evlərinə, məktəblərə, xəstəxanalara və digər mülki infrastruktur obyektlərinə qarşı hərbi əməliyyatlar apara bilməzlər. Lakin Ermənistan terror hərəkətləri ilə bu fundamental prinsipləri sistemli şəkildə pozmaqla beynəlxalq hüquqa, necə deyərlər, meydan oxudu.

Yeri gəlmişkən, sentyabrın 27-dən noyabrın 10-dək olan müddətdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinə 30 minə yaxın artilleriya mərmisi və 227 raket atdı. Bu hücumların əksəriyyəti cəbhə xəttindən uzaqda yerləşən, dinc əhalinin yaşadığı məntəqələrə istiqamətləndi. Gəncənin “Skad” ballistik raketləri ilə vurulması, Bərdədə kasetli bombalardan istifadə olunması, Mingəçevir su anbarına və enerji infrastrukturuna raket hücumları edilməsi Ermənistanın mülki əhaliyə qarşı planlı şəkildə müharibə cinayətləri törətdiyini göstərdi.

Gəncəyə edilən hücumlar 44 günlük müharibənin ən dəhşətli səhifələrindən biri idi. Oktyabrın 11-də və 17-də Ermənistan ordusu bu şəhərin mərkəzinə “Skad” tipli ballistik raketlər atdı. Nəticədə onlarla mülki şəxs həlak oldu, yüzlərlə insan yaralandı, çoxsaylı yaşayış binaları dağıldı. Hücumun həyata keçirildiyi ərazi cəbhədən onlarla kilometr uzaqlıqda idi və burada heç bir hərbi obyekt mövcud deyildi. Bu faktlar Ermənistanın məqsədinin sırf dinc insanları qətlə yetirmək və panika yaratmaqdan ibarət olduğunu təsdiqlədi.

Vətən müharibəsində Gəncənin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vuruldu. Azərbaycanın ikinci bu böyük şəhəri 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Ümumilikdə, bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Oktyabrın 28-də Bərdə şəhərinə kasetli raketlərlə edilən hücum isə beynəlxalq miqyasda ən ağır müharibə cinayətlərindən biri kimi qiymətləndirildi. Kasetli sursatların tətbiqi beynəlxalq konvensiyalarla qadağan olunduğu halda, Ermənistan bu qadağanı pozaraq, mülki əhalinin sıx yaşadığı əraziləri vurdu. Nəticədə onlarla insan həyatını itirdi, çox sayda dinc sakin yaralandı.

Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə, 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ciddi ziyan dəydi.

Beləliklə, işğalçı Ermənistan hər zaman olduğu kimi, Vətən müharibəsi günlərində də öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini davam etdirdi. Qəsbkar ölkənin silahlı qüvvələri həm cəbhə bölgəsinə yaxın, həm də uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini davamlı atəşə tutdu. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atdı, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozdu.

Ermənistanın bütün bu vəhşiliklərinin göz önündə olmasına baxmayaraq, törətdiyi cinayət hadisələrini ört-basdır etməyə çalışan işğalçı ölkənin kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrində həyata keçirilən terror aktları pərdələnməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yayılmağa başlandı. Lakin hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər bu yalanları ifşa etdi.

Xalqımız, o cümlədən terrora məruz qalan sakinlər yaxşı başa düşürdülər ki, Azərbaycanın haqq davasında ermənilərin törətdikləri bu cinayətlər suda boğulanın saman çöpündən yapışmasıdır. Məhz buna görə Ermənistanın Gəncə, Bərdə və digər yaşayış sahələrimizi raket atəşinə tutması sakinlər arasında ruh düşkünlüyü yaratmadı. Əksinə, terrorla üzləşənlər bir daha əmin oldular ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tezliklə düşmən üzərində qəti qələbə qazanacaq.

Ancaq bu cinayətə xarici jurnalistlər də susmadı. Məsələn, rusiyalı siyasətçi və jurnalist Maksim Şevçenko Gəncəyə səfəri çərçivəsində ermənilərin atdıqları ballistik raketlərin dağıtdıqları ərazilərdə olarkən dinc əhaliyə raket hücumunu terrorun qatı nümunəsi kimi dəyərləndirdi: “Bu əməllərin məqsədi mülki sakinlərin öldürülməsi və şəhərdə miqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açdıqları hərb meydanında verdilər, terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını aldılar”.

Ümumiyyətlə, 44 günlük müharibə haqqında dünyanın bir çox nüfuzlu KİV-i Azərbaycanın haqq işi ilə əlaqədar çoxsaylı məqalələrlə çıxış etdi. Türkiyə, Argentina, Xorvatiya, İsrail, Malayziya, İndoneziya, Pakistan və s. ölkələrin kütləvi informasiya vasitələrində Qarabağın işğaldan azad olunmasında Azərbaycan Ordusunun qazandığı uğurlardan, eləcə də Ermənistanın dinc əhaliyə qarşı apardığı terror aktlarından bəhs edən materiallar verildi.

Mülki əhaliyə qarşı törədilən bu cinayətlər beynəlxalq hüquq qarşısında Ermənistanın məsuliyyətini gündəmə gətirdi. Hərbi cinayətlərin istintaqı və beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün hüquqi əsaslar kifayət qədər çox olsa da, təəssüf ki, beynəlxalq hüquq təşkilatlarını, necə deyərlər, yerindən tərpətmədi. Halbuki Cenevrə Konvensiyalarına və Roma Statutuna əsasən, müharibə zamanı mülki şəxslərin öldürülməsi, yaşayış məntəqələrinin məqsədyönlü bombardmanı və qadağan olunmuş silahlardan istifadə insanlıq əleyhinə cinayət idi.

Ermənistanın 44 günlük müharibə zamanı həyata keçirdiyi bu əməllər təkcə hüquqi deyil, həm də mənəvi cinayət idi. Dinc insanları qətlə yetirmək, uşaqları, qadınları, qocaları hədəfə almaq, şəhərləri və kəndləri dağıtmaq, evsiz qoymaq – bunlar heç bir millətin, dinin və ya dəyərlər sisteminin qəbul edə bilməyəcəyi barbarlığın ifadəsi idi. Bu əməllər, eyni zamanda, Ermənistan cəmiyyətində uzun illər ərzində formalaşdırılmış revanşist, irqçi və azərbaycanofob ideologiyanın nəticəsi kimi beynəlxalq aləmin diqqətini çəkdi.

Bu gün regionda sülhün və sabitliyin təmin olunması üçün ədalətin bərpası zəruridir. Müharibə cinayətlərinin cəzasız qalması gələcəkdə yeni təxribatlara, yeni faciələrə zəmin yaradar. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistanın törətdiyi cinayətlərə siyasi və hüquqi qiymət verməli, ədalətin bərqərar olması üçün prinsipial mövqe sərgiləməlidir.

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsinin parlaq qələbəsi ilə başa çatdı. Lakin bu qələbənin arxasında minlərlə şəhidin qanı, yüzlərlə dinc insanın faciəsi dayanır. Ermənistanın törətdiyi müharibə cinayətləri heç vaxt unudulmamalı, gələcək nəsillərə ibrət dərsi kimi çatdırılmalıdır. Azərbaycanın mövqeyi aydındır: sülh yalnız ədalət üzərində qurula bilər. Ədalətin bərpası isə cinayətkarların layiqli cəzalarını alması ilə mümkündür.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see129

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri