Icma.az
close
up
RU
Ramiz Mehdiyevin xüsusi əməliyyatı Moskvaya zəngin pərdəarxası

Ramiz Mehdiyevin xüsusi əməliyyatı Moskvaya zəngin pərdəarxası

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezidentin sabiq köməkçisi Eldar Namazov Yeni Azərbaycan TV-yə verdiyi müsahibədə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş verən siyasi proseslərə dair diqqətçəkən iddialar irəli sürüb. O, həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevin ölkə daxilində hakimiyyət uğrunda gərgin mübarizə apardığını və Heydər Əliyevin səhhətinin kritikləşdiyi anlarda Moskva ilə xüsusi əlaqələr qurduğunu bildirib.

E.Namazovun sözlərinə görə, 1998-ci ildə də, 2003-cü ildə də vəziyyət kəskinləşən kimi Rusiyanın təhlükəsizlik dairələri ilə təmaslar yaranıb və bu əlaqələr daxili siyasi balansı təsirləndirə biləcək addımların müzakirəsinə səbəb olub. Onun açıqlamaları həmin dövrün siyasi kulisində hansı proseslərin getdiyi, qərarların hansı gərgin fon üzərində formalaşdığı barədə yeni müzakirələrə yol açır və ölkənin siyasi yaddaşında qaranlıq qalan məqamları yenidən gündəmə gətirir.

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, hakimiyyətə sahiblənmək istəyi Ramiz Mehdiyevdə hələ 90-cı illərin ortalarından başlamışdı:

“Ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etdiyim dövrdə bir neçə dəfə məni də öz “komandasına” cəlb etmək üçün həmlələr etdi. Lakin hər dəfə sərt reaksiyaya rast gəldikdən sonra mənə qarşı gizli düşmənçilik mövqeyinə keçdi. Bu adam Azərbaycanın idarəçilik sistemində bir qara yara idi. Onun danışığı da, baxışları da normal olan hər bir kəsdə ancaq nifrət hissləri yarada bilirdi”.

Fikrət Yusifov qeyd edib ki, o zamanlar Prezident Adminstrasiyasında Ulu Öndər tərəfindən ən çox tənbeh edilən məhz Ramiz Mehdiyev olub:

“Çünki adamın yolu və əməlləri sağlam deyildi. Onun təşəbbüsü ilə vəzifələrə təyin olunmuş bir sağlam kadr tapmaq mümkün olmurdu. Bu sırada xüsusilə yerli icra hakimiyyəti başçıları dayanırlar. Çox təəssüf ki, bu gün də mərkəzi idarəetmə sistemində və yerlərdə Ramiz Mehdiyevin çoxsaylı kadrları fəaliyyət göstərirlər. Bu adamların ölkənin idarəçilik sistemindən mümkün qədər tez təmizlənməsi və dövlətdən müxtəlif əyri yollarla oğurladıqlarının əllərindən alınması dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Böyük kapitala sahib olan bu adamlar dövlətçiliyimiz üçün ciddi təhlükədirlər”.

Siyasi şərhçi Heydər Oğuz isə xatırladıb ki, 1993-1999-cu illərdə Eldar Namazov Prezident Administrasiyasında çalışıb:

“O, Prezident Katibliyinin rəhbəri və prezidentin köməkçisi olub. Təbii ki, Ramiz Mehdiyevin həmin dövrdəki fəaliyyətini daha yaxşı bilir və canlı şahiddir. Ona görə də onun dediklərinə şübhə etməyə ixtiyarımız yoxdur. Buna baxmayaraq, hesab edirəm ki, həmin dövrlərdə Ramiz Mehdiyev Rusiyaya müəyyən məlumatları çatdırırdı. Lakin bu məlumatların Azərbaycandakı proseslərə hər hansı təsiri olacağını düşünmürəm. Çünki o vaxt Azərbaycanda beynəlxalq güc mərkəzlərinin maraqları artıq bölüşdürülmüşdü. Hər kəs müəyyən ölçüdə, razılaşdırılmış şəkildə neftimizin istismarı məsələsi ilə məşğul olurdu və bu proses 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” ilə həll edilmişdi. Ona görə də, Rusiyanın, ABŞ-ın və ya digər dövlətlərin hansısa addım atması mümkün deyildi”.

Siyasi şərhçi onu da əlavə edib ki, dövlətlər mütləq bir araya gəlib ortaq qərar qəbul etməli idilər:

“Bu qərar qəbul olunmuşdu. 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra xarici güc mərkəzləri vəziyyəti qiymətləndirdilər və ölkəni ən yaxşı idarə edə biləcək şəxsin İlham Əliyevin olacağına qərar verdilər. Bu kontekstdə Ramiz Mehdiyev heç nəyi dəyişə bilməzdi. Ramiz Mehdiyev təbii ki, Rusiyanın agenti olaraq baş verənləri Rusiyaya çatdırmalı olurdu. Lakin müşahidə etdiyimiz kimi, onun bu proseslərə heç bir təsiri olmurdu”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri