Icma.az
close
up
RU
Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumat Araşdırma başlayıb

Mehdiyevin gizli şəbəkəsi haqda yeni məlumat Araşdırma başlayıb

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə gündəminin əsas mövzusu olan Ramiz Mehdiyev və onun ətrafında gedən proseslər yeni şəkil alıb. Artıq həbslər başlayıb. AXCP sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat çərçivəsində saxlanıblar.

Ə.Kərimli və M.İbrahim məhkəmənin hökmü ilə 2 ay 15 gün müddətə həbs olunublar. Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli İstanbuldan Bakıya deportasiya edilmək üçün Türkiyənin aidiyyatı orqanlarına təhvil verilib. Amma hələ Azərbaycana gətirilməyib.

İctimaiyyəti maraqlandıran əsas budur ki, R.Mehdiyevə yaxınlığı ilə seçilən digər şəxslər haqda nə zaman ölçü götürüləcək? Əsasən də bəzi sabiq və indiki vəzifəli şəxslər, bir sıra deputatlar, QHT və media rəhbərləri Mehdiyev şəbəkəsinin üzvləri olublar.

Məsələn, sabiq kənd təsərrüfatı naziri, hazırda Milli Məclisin üzvü olan Heydər Əsədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev bu şəbəkənin üzvləri kimi təqdim olunur.

Eləcə də bir sıra deputatlar – Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, sabiq baş nazir Novruz Məmmədov, vitse-spiker Ziyafət Əsgərov, prezidentin keçmiş köməkçisi Əli Həsənov və s. R.Mehdiyev barəsində tərif söyləyirlər.

Globalinfo.az-a danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, əvvəllər Ramiz Mehdiyevin dəstəyi ilə deputat mandatı almış şəxslərin bu gün onu tənqid etməyə can atması diqqətçəkən mənzərə yaradıb.

Şakir Ağayev

Onun sözlərinə görə, həmin deputatlar indi özlərini xilas etmək üçün Mehdiyev haqqında danışmağa başlayıblar:

“Çox təəssüf ki, bu insanların bəziləri 10-15 il əvvəl də Ramiz Mehdiyevin kim olduğunu çox yaxşı bilirdilər. O vaxt bunları bilirdinizsə, niyə susurdunuz? Niyə onun siyahısı ilə deputat seçilir və buna razılıq verirdiniz? Əgər bu müddət ərzində susmusunuzsa, deməli, proseslərin bir hissəsi olmusunuz. Bu cür paradoksal hallar tək-tük deyil, əksinə, kifayət qədər geniş yayılıb”.

Şakir Ağayevin fikrincə, vəziyyətdən çıxış yolu yeni parlament seçkilərinin keçirilməsidir:

“Parlamentdə heç kimə bağlı olmayan, yeni düşüncəli insanlar təmsil olunmalıdır ki, Prezidentin apardığı siyasəti və islahatları həyata keçirmək gücünə malik olsunlar. Bu deputatların çoxunun kabinetində Ramiz Mehdiyevin portreti olub. Hətta bəziləri bunu gizlədirdilər. İçlərində ona qarşı bir simpatiya və ya illərin vərdişi var. Çünki elə deputatlar var ki, 20-25 ildir onun dəstəyi ilə parlamentdədir və firavan həyat sürürlər. Bəziləri isə mümkün kompromatlardan ehtiyat edərək səssiz qalır”.

Ağayev əlavə edib ki, bu deputatların mandatlarının kütləvi şəkildə geri alınması parlamentin tərkib balansını poza bilər:

“Ən optimal yol yeni seçkilərin təşkili və parlamentin tərkibinin yenilənməsidir. Ramiz Mehdiyevi vaxtında tənqid etmək lazım idi. O dövrdə bunu edənlər də olub və bəziləri müəyyən təzyiqlərlə üzləşiblər. İndi isə bir çox deputatlar sadəcə özlərini qorumaq üçün bunu edirlər. Təkrar edirəm, hazırkı şəraitə uyğun olaraq yeni seçkilərin keçirilməsi ən doğru yoldur”.

Hüquqşünas Rövşən Məmmədov deyib ki, deputat Azər Əmiraslanov haqqında araşdırma aparılmalıdır:

Rövşən Məmmədov

“Ola bilsin, araşdırma zamanı cinayət tərkibli digər məsələlər ortaya çıxsın. O zaman Baş Prokurorluq təqdimat verərsə, Milli Məclis Azər Əmiraslanovun toxunulmazlığının ləğvi barədə qərar qəbul edə bilər. Bu zaman deputat barəsində cinayət işinin qaldırılması və onun səlahiyyətlərinə vaxtından tez xitam verilməsi mümkündür”.

Hüquqşünas daha bir məsələyə aydınlıq gətirib:

“Fikrimcə, artıq bu barədə araşdırma aparılır. Hətta onu deyə bilərəm ki, bu araşdırmalar daha çox məmurlara çatacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri